DİM: Abituriyentin sual kitabçasını vermədən imtahan zalından çıxması qadağandır
09:32 27.04.2019
Arxiv
449
Dövlət İmtahan Mərkəzi (DİM) aprelin 28-də keçiriləcək növbəti imtahanlarla bağlı abituriyentlərə xəbərdarlıq edib.
Mərkəzdən "Sherg.az"a verilən məlumata görə, hər bir imtahandan öncə iştirakçılar üçün imtahan haqqında məlumat, imtahan zalında görülən işlər, davranış qaydaları və digər məsələləri özündə əks etdirən "Yaddaş kitabçası” hazırlanır. "İmtahana buraxılış vərəqəsi”ndə də yaddaş kitabçasından çıxarış təqdim olunur. Abituriyentlər imtahandan öncə "Yaddaş kitabçası” ilə mütləq tanış olmalıdırlar.
İlk növbədə, iştirakçılar imtahana gələrkən buraxılış vərəqəsini, şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.
Mərkəz bildirib ki, saxta sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək, imtahan binasına, zalına mobil telefon və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək, başqasının cavab vərəqinə, sual kitabçasına baxmaq və ya öz cavab vərəqinə, sual kitabçasına başqasının baxması üçün şərait yaratmaq, cavab vərəqini və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq abituriyentə qadağandır.
Abituriyentin göstərilən hərəkətlərə yol verməsi halları aşkar edildikdə o, imtahandan xaric olunur və onun imtahan nəticələri DİM tərəfindən ləğv olunur.
DİM abituriyentin imtahan qaydalarına zidd hərəkətini imtahandan sonra da aşkar etmək üçün müxtəlif üsullardan istifadə edir.
Məlumat üçün bildirək ki, 7, 14 və 21 aprel tarixlərində keçirilən buraxılış imtahanlarında sual kitabçalarının dəyişdirilməsi, mobil telefon aşkar olunması və digər səbəblərdən ümumilikdə 31 abituriyent imtahandan xaric olunub və onların nəticələri ləğv olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neftin qiyməti 96 dolları ötüb
08:52 23.07.2026
İqtisadiyyat
ABŞ İranın raket istehsalı sahələrini izləyə bilmir - Şikarçi
08:48 23.07.2026
Region
İranla bağlı gərginlik artır: Böyük Britaniyadan təcili qərar
07:51 23.07.2026
Dünya
Bülent Ersoyun həyatı film olur
07:17 23.07.2026
Şou
Tramp: İran yaxın vaxtlarda ABŞ ilə razılaşmaya hazır olacaq
06:42 23.07.2026
Dünya
Belarusda "yarıtmaz işçilər" hərbi təlim düşərgəsinə göndəriləcək
05:25 23.07.2026
Dünya
Məşhur türk müğənni dənizdə yaşamağa başladı
04:40 23.07.2026
Şou
Səkkizinci uşağı dünyaya gəldi!
04:04 23.07.2026
Şou
Niyə arıqlamaq bu qədər çətindir? - Səbəbi beynimiz ola bilər
03:33 23.07.2026
Sağlamlıq
Ərbilə intensiv zərbə endirilir
01:55 23.07.2026
Gündəm
Çexiya prezidenti təhdid məktubları alır
01:11 23.07.2026
Dünya
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol