DİM bu şəxsləri cərimələyəcək
08:23 14.11.2017
Arxiv
587
"Dövlət qulluqçularının reyestrinin aktuallığının vaxtında təmin edilməməsinə görə məsul şəxslər cərimələnəcək".
Lent.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin icraçı direktoru Vəfadar Misirov deyib. O bildirib ki, dövlət orqanlarının reyestrinin aparılması üçün məsul şəxslər təyin olunub: "Dövlət qulluqçularının reyestri internet üzərindən işlənilir və istənilən orqan oradakı bazanı görür. Həmçinin, oradakı məlumatlar daim yenilənməlidir. Bu reyestrin aktuallığını təmin etməyən həmin məsul şəxslər İnzibati Xətalar Məcəlləsinə görə, 400 manatdan 700 manata qədər cərimələnəcəklər".
V. Misirov onu da qeyd edib ki, DİM Prezident Administrasiyası ilə birgə dövlət qulluqçularınn reyestri adlanan informasiya sisteminin idarə edilməsi ilə məşğuldur: "Ötən müddət ərzində 30 minə yaxın dövlət qulluqçusu barədə məlumat reyestrə toplanılıb. Bütün dövlət qulluğu sistemi bu reyestrin əsasında qurulur. Orada dövlət orqanlarındakı bütün işçilər, ştatlar haqqındakı məlumatlar öz əksini tapır. Dövlət orqanlarındakı vakant vəzifələr hər an DİM-də onlayn formada görünür. Dövlət orqanları bu reyestri normal şəkildə idarə edirlərsə, bu məlumatlar aktual olur. Lakin müəyyən dövlət orqanları dövlət qulluqçularının reyestrinin aktuallığını təmin edə bilmirlər. Bununla bağlı həmin dövlət qurumları ilə DİM arasında danışıqlar gedir və işlər sürətləndirilir".
DİM rəsmisi bildirib ki, müəyyən dövlət orqanlarında bu istiqamətdə ləngimələr var. "Bu da ona gətirib çıxarır ki, DİM vakant dövlət qulluğu vəzifələrini onlayn şəkildə görə bilmir. Bu isə vakant yerlərin müsabiqəyə çıxarılmasında problemlər yaradır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində reyestrin aparılması ilə bağlı işlər görülsə də, bu işlər tam yerinə yetirilmir. Hesab edirəm ki, bu işlər yaxın vaxtlarda sürətləndiriləcək. Reyestrdə olan məlumata görə, adıçəkilən nazirlikdə 1400-dən artıq vakant vəzifə var. Ona görə də dövlət orqanları reyestrin aktuallığını təmin etməlidir ki, məlumatlar yenilənsin. Təhsil Nazirliyində dövlət qulluğu üzrə 300-dən artıq vakant yer var. Əmlak Məsələləri üzrə Dövlət Komitəsi bizə 100-dən artıq vakant yer təqdim etsə də, onlarda bundan əlavə 100-dən artıq yer də qalıb. Dövlət qurumları ilə bağlı siyahını daha da artırmaq olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə
Türkiyə Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
15:12 08.11.2026
Rəsmi
Ukrayna səfiri Azərbaycanı təbrik etdi
15:00 08.11.2026
Siyasət
“Bakıda çay içmək” arzusu həbsxanada gerçəkləşdi - ŞƏRH
14:50 08.11.2026
Siyasət
“Qalatasaray” Rafael Leaonun zədələndiyini açıqlayıb
14:11 08.11.2026
Futbol
Zaxarova: Makronun gizlənmək üçün bunkerə ehtiyacı var
13:56 08.11.2026
Dünya
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi - FOTO
13:45 08.11.2026
Gündəm
Rusiya XİN: İran MDB-yə qoşula bilər
13:33 08.11.2026
Region
Mansur Yavaş Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
13:10 08.11.2026
Siyasət
Özgür Özəl Azərbaycanı təbrik etdi
13:05 08.11.2026
Siyasət
Xankəndidə Zəfər Muzeyi olacaq
12:28 08.11.2026
Rəsmi
Sabah şimşək çaxacaq, leysan yağacaq - PROQNOZ
12:24 08.11.2026
Ekologiya
İlham Əliyev: Döyüş meydanında düşmənin belini qırdıq
12:14 08.11.2026
Rəsmi
Hikmət Mirzəyev şəhid övladları ilə görüşdü
11:58 08.11.2026
Hərbi
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevi təbrik edib
11:30 08.11.2026
Rəsmi