DİN-dən bacısı tərəfindən “zəncirlənən” qardaşla bağlı AÇIQLAMA
17:35 24.04.2019
Arxiv
653
Ucar rayonunun Qarabörk kəndində psixi problemləri olan qardaşın bacısı tərəfindən 25 ildir hində zəncirlənmiş halda saxlanıldığı iddia edilib. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə paylaşım edərək qeyd edib ki, bacı qardaşının təqaüdünü almaq üçün belə bir addım atıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, məlumat sosial şəbəkələrdə yayılandan dərhal sonra araşdırmalar başlayıb:
"Ucar rayon polis şöbəsinin əməliyyat qrupu, rayon prokurorluğunun və Qarabörk kəndinin rəsmilərinin iştirakı ilə Əfşan İbrahimova və qardaşı İlyas İbrahimovun ünvanına baxış keçirilib. Baxış zamanı İlyas İbrahimovun ikimərtəbəli evin birinci mərtəbəsindəki çarpayıda yatdığı müşahidə olunub. Ev şəraiti normal olub”.
O.Mansurzadənin sözlərinə görə, ruhi xəstə və I qrup əlil olan İlyas İbrahimov 20 ildir ki, bacısı Əfşan İbrahimovanın himayəsindədir:
"Bu müddət ərzində heç bir instansiyaya bacısı tərəfindən baxılmaması yaxud onunla kobud rəftara dair müraciət daxil olmayıb. Əfşan İbrahimova rəsmi olaraq İlyas İbrahimovun qəyyumudur. Qonşularla söhbət zamanı da İlyas İbrahimovun xəstə olduğu, ona bacısı tərəfindən baxıldığı bildirilib. Onların izahatından və hadisə yerinə baxışdan da bəlli olub ki, İlyas İbrahimovun hində, insan həyatı üçün uyğun olmayan bir şəaritdə yaşaması barədə sosial şəbəkələrdə yayılan məlumatların heç bir əsası yoxdur”.
DİN rəsmisinin sözlərinə görə, polis əməkdaşlar tərəfindən Ə.İbrahimovaya aidiyyatı dövlət orqanlarında qardaşına baxılması üçün yardım təklif edilib:
"Amma Əfşan İbrahimova qəyyum olaraq qardaşına özünün baxacağını bildirərək, yardımdan imtina edib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Beşiktaş”da Sergen Yalçın dönəmi ikinci dəfə başa çatdı
19:10 18.05.2026
Futbol
Türkiyədə restorana silahlı hücumda 4 nəfər ölüb
19:02 18.05.2026
Hadisə
“8 illik əzab bitdi” - Şakira vergi işi üzrə tam bəraət aldı
18:30 18.05.2026
Şou
Kobaxidze Azərbaycana təşəkkür etdi
18:18 18.05.2026
Gündəm
Paşinyan qadına qışqırdı: “Bura gəl, bir dəqiqə, getmə!"
18:09 18.05.2026
Gündəm
Hantavirusa qarşı təcili peyvənd hazırlanır
18:02 18.05.2026
Sağlamlıq
Bütün millətlərdən istifadə etməliyik - Pezeşkian
17:50 18.05.2026
Region
Prokuror Rüfət Səfərova cəza istədi
17:49 18.05.2026
Ölkə
AzTV əməkdaşları planetin ən aqressiv qəbiləsində - VİDEO
17:09 18.05.2026
Cəmiyyət
Paşinyanı hədələyənlərə qarşı cinayət işi açıldı
17:06 18.05.2026
Gündəm
Azərbaycan dili fənni üzrə imtahanın nəticələri elan olundu
16:23 18.05.2026
Elm və Təhsil
Sərgən Yalçın "Beşiktaş"dan getdi
16:17 18.05.2026
Futbol
Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri ilə görüşü oldu
15:55 18.05.2026
Gündəm
May ayı artıq əvvəlki may deyil - EKSPERTLƏRİN RƏYİ
15:46 18.05.2026
Ekologiya
DİM məlumat yaydı: Dünənki imtahan təkrar keçiriləcək!
15:34 18.05.2026
Elm və Təhsil