“Polisə müqavimət göstərənlər həmişə zərərsizləşdiriləcək”
DİN, saytın materialına etiraz etdi
20:27 01.03.2016
Arxiv
802
“Müqavimət”lə “döymə”ni istər hüquqi baxımdan, istərsə də adicə məntiq baxımından eyniləşdirmək olmaz"
“Polisə müqavimət göstərənlər həmişə zərərsizləşdiriləcək”
“Polisə müqavimət göstərənlər həmişə zərərsizləşdiriləcək”
Bu günlərdə sosial şəbəkələrdə 99 FH 475 dövlət nömrə nişanlı avtomobilin xanım sürücüsü ilə YPX ekipajının əməkdaşı arasındakı insidenti əks etdirən videogörüntü yayılıb. Görüntülər cəmiyyətdə geniş müzakirələrə və narazılığa səbəb olub. Daha sonra bəzi media qurumlarında "vətəndaş polisə niyə əl qaldırır” başlıqlı yazılar dərc olunub.
Məsələ ilə bağlı "Şərq”ə danışan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik Ehsan Zahidov deyib ki, polis qanunlarımızın və eləcə də hər birimizin təhlükəsizliyinin keşikçisidir: "Bu günlərdə xəbər saytlarının birində dərc edilmiş "Vətəndaş polisə niyə əl qaldırsın ki?” yazısının ilk cümləsində qeyd edilən - "son aylar ölkədə polislərin vətəndaşlar tərəfindən döyülməsi halları artıb” - iddiası yumşaq desək, şişirtmədir. Müəllifin subyektiv qənaətidir, təxəyyülünün məhsuludur. Əgər reallıqdan danışırıqsa, deyə bilərəm ki, xidməti vəzifəsinin icrası ilə məşğul olan polisə bəzən müqavimət göstərən olur. Onda da polis qanunvericiliyin verdiyi səlahiyyətlər çərçivəsində müqavimət göstərənə qarşı adekvat güc tətbiq edərək onu zərərsizləşdirir. "Müqavimət”lə "döymə”ni istər hüquqi baxımdan, istərsə də adicə məntiq baxımından eyniləşdirmək olmaz. Bəli, Azərbaycan polisinə müqavimət göstərmək mümkündür, amma onu döymək olmaz...! Azərbaycan polisi ölkəmizin fiziki və mənəvi cəhətdən ən hazırlıqlı gənc vətəndaşları ilə formalaşdırılıb. Odur ki, müəllif sualı belə qoyulmalı idi: - "Vətəndaşlar polisə niyə müqavimət göstərir?”. Bildiyiniz kimi, qanunvericiliklə verilmiş səlahiyyətlərə uyğun olaraq polis hüquqi məsuliyyət növlərini tətbiq edən hüquq-mühafizə orqanıdır, yəni cəzalandırıcı funksiyaya malikdir. Məsələn, 2015-ci il ərzində müxtəlif inzibati xətalara görə, respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən 2,6 milyondan çox protokol tərtib olunub. Onların da böyük əksəriyyəti yol-hərəkət qayda pozuntuları ilə əlaqədar olub. Təbii ki, bu qədər insanın arasında özünü haqlı, protokol tərtib edən polisi isə haqsız hesab edənlər olmalıdır. Belələrində bəzən ötəri də olsa, polisə qarşı bir aqressiya və ya qisasçılıq hissi yaranır. Növbəti dəfə yol verdiyi hər hansı inzibati xətaya görə saxlanılanda, o, həmin hisslərin təsiri altında polisə müqavimət göstərməyə cəhd edir. Amma şükürlər olsun ki, belə cığal "əsəbi qəhrəmanlar”ımız çox azdır. Onu da xüsusi qeyd etmək lazımdır ki, törətdikləri inzibati xətaya görə, protokol tərtib edilənlərin demək olar ki, 99 faizi öz günahlarını səmimi etiraf edir və polisə qarşı hər hansı bir iddiasının olmadığını bildirir”. E.Zahidov bildirib ki, rəsmi qaydada keçirilən sorğuların nəticələrinə, eləcə də DİN-ə və onun yerli orqanlarına daxil olan vətəndaş müraciətlərinə əsasən bu gün ölkə əhalisinin böyük əksəriyyəti Azərbaycan polisinin fəaliyyətindən tam razıdır və onu təqdir edir: "O ki qaldı az da olsa polisə müqavimət göstərənlərə, burda da ciddi narahatlığa əsas yoxdur. Polis həmişə belələrini zərərsizləşdirərək məsuliyyətə cəlb etməyi bacarıb və bundan sonra da bacaracaq”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə