DİN seçki məntəqəsi önündə mitinqə cəhd barədə məlumatları təkzib edib
12:46 11.04.2018
Arxiv
890
"Azərbaycandan kənarda fəaliyyət göstərən "Meydan TV” bu gün xəbər yayıb ki, Azərbaycanda keçirilən prezident seçkiləri zamanı seçki məntəqələrindən birinin önündə mitinq keçirmək istəyən bir qrup şəxs polis zorakılığına məruz qalıb. "Meydan TV” öz ənənəsinə sadiq qalaraq bu dəfə də ölkəmiz haqqında qarayaxmalarını davam etdirir".
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bu haqda yayılmış məlumatla əlaqədar APA-nın sorğusuna cavab olaraq bildirilib.
"Belə ki, bu gün Azərbaycanda keçirilən prezident seçkilərində vətəndaşlarımız öz səsvermə hüquqlarından istifadə edərək yüksək fəallıq göstərirlər. Seçkilər tam demokratik və aşkarlıq şəraitində davam edir, bunu seçkiləri müşahidə edən beynəlxalq və yerli müşahidəçilər də təsdiqləyirlər. Hal-hazıra qədər ölkənin heç bir yerində hansısa seçki məntəqəsinin önündə toplantı, yığıncaq, mitinq keçirilməsi faktı qeydə alınmayıb. Gücləndirilmiş iş rejimində xidmət edən daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai asayiş və ictimai təhlükəsizlik yüksək səviyyədə təmin olunur və vətəndaşların səs verdiyi hər hansı məntəqədən ictimai asayişin pozulması və ya hər hansı qanunazidd hərəkət barədə polisə heç bir məlumat daxil olmayıb. Odur ki, "Meydan TV”nin yaydığı bu böhtan xarakterli məlumatı tirajlayan digər sosial şəbəkə istifadəçilərinə tövsiyə edirik ki, ölkəmiz və vətəndaşlarımızın yüksək fəallıq nümayiş etdirdiyi seçkilər barədə həqiqəti əks etdirməyən, böhtan və qərəzdən yoğrulmuş uydurma məlumatları yaymaqla öz oxucularını və izləyicilərini çaşdırmasınlar”, - deyə DİN mətbuat xidmətindən qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə
Bu il Azərbaycana 600-dən çox elektromobil idxal edilib
15:33 15.09.2026
İqtisadiyyat
Avropa Parlamenti Ermənistanla bağlı qərarı təsdiqlədi
15:32 15.09.2026
Gündəm
Skuterlə sərnişin daşımaq olmaz, bu qadağandır - Eldəniz Cəfərov
15:31 15.09.2026
Aktual
Əraqçi Pekinə gedəcək
15:26 15.09.2026
Dünya
Lukaşenko: Belarusda siyasi məhbus yoxdur
15:19 15.09.2026
Gündəm
Ərdoğan Azərbaycanı təbrik edib
14:55 15.09.2026
Gündəm
Nazir: Hakan Fidanın Azərbaycana səfəri tarixi günə təsadüf edir
14:31 15.09.2026
Gündəm
Lavrov: Rusiya Ukrayna üzrə yeni danışıqlar raunduna hazırdır
13:49 15.09.2026
Gündəm
Putinin köməkçisi: Polşanı iki günə məhv edərik
13:35 15.09.2026
Dünya
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
13:12 15.09.2026
Siyasət