“Dinlə bağlı elmə əsaslanmış platforma və konsepsiyamız yoxdur” – Sosioloq
16:01 30.04.2019
Arxiv
666
Əhməd Qəşəmoğlu:“Mütləq şəkildə düşünülmüş konsepsiyaya ehtiyacımız var. Özü də mollalarla, şeyxlərlə yox, alimlərlə birlikdə hazırlanmış ciddi elmi-əsaslı platforma olmalıdır”
"Orta məktəblərdə dinlə bağlı məlumat verməliyik. Çünki din elə bir sahədir ki, burada boşluq olanda başqa ölkələr öz maraqlarını həyata keçirməyə cəhd göstərirlər”.
Bunu "Sherg.az”a sosioloq-alim, professor Əhməd Qəşəmoğlu deyib.
Ziyalı bildirib ki, illərdir gündəmə daşıdığımız problemləri aradan qaldırmaq üçün mütləq əməli iş görmək lazımdır:
"Biz tez-tez ölkəmizə İran, Ərəbistan, Türkiyə və başqa dövlətlərin dini qruplaşmalarının, o cümlədən xristian aləminin yad təsirlərindən danışırıq. Əgər müşahidə etdiyimiz boşluğu vaxtında doldurmasaq, təhlükəli tendensiya davam edəcək. Təhsil sistemində şagirdlərə normal dini bilgilər vermək mümkündür. Amma çox ciddi bir problemimiz var.
Bununla bağlı Komitəyə dəfələrlə tövsiyyələrimi vermişəm. Azərbaycanda dini məsələlərlə bağlı elmə əsaslanmış platforma və konsepsiya yoxdur. Konsepsiya hazırlanarsa, o zaman biləcəyik ki, ərəblərdən, İrandan və Türkiyədən hansı faydalı məqamları götürə bilərik. Sadaladığım ölkələrdə din tədrisi ilə bağlı təcrübə daha çoxdur.
Azərbaycanda konkret konsepsiya olmadığına görə, işimiz-gücümüz kənar təsirlərdən danışmaqdır. Xeyli vaxtdır, İran belə getdi, vəhhabilər elə gəldi, gülənçilər içimizə girdi və s. sözlərlə təhlükələri müzakirə edirik. Ancaq ortada real nəticə yoxdur.
Mütləq şəkildə düşünülmüş konsepsiyaya ehtiyacımız var. Özü də mollalarla, şeyxlərlə yox, alimlərlə birlikdə hazırlanmış ciddi elmi-əsaslı platforma olmalıdır”.
Alim vurğulayıb ki, orta məktəblərdə dinlə bağlı ayrıca fənni tədris etmək üçün təcrübəli kadrlarımız yoxdur:
"Mən öz şagirdlərimi, gənc nəsli başlı-başına buraxa bilmərəm ki, onların öz dinləri barədə anlayışları olmadığı üçün hərə bir tərəfə çəksin.
Ancaq din tədrisində xurafatyönlü məsələlər təbliğ olunmamalıdır. Daha çox fəlsəfi aspektdən maraqlı olan dini məqamları uşaqlarımıza aşılamalıyıq. İslamın əsas dəyərlərini dərindən öyrətməliyik. Bu sahədə Dini Komitənin mövqeyi ilə razıyam”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya
Vyetnam rusları deportasiya etdi
09:49 21.08.2026
Dünya