DİQQƏT !Dünya alimləri "Facebook"dan asılılığın zərərini araşdırıb - Fransa mətbuatı yazır

"Yanlış qərarlar verməyə, psixatrik problemlərə, tez konfliktə getməyə, yanlış seçim etməyə yol açır"


"Facebook"dan çox istifadə insanın düzgün qərar qəbul etməsinə mane olur.

"Sherg.az" Fransanın "sciencesetavenir.fr"(elm və gələcək) saytına istinadən xəbər verir ki, Miçiqan Dövlət Universitetində çalışan alimlərin apardığı araşdırmanın nəticəsində məlum olub ki, sosial şəbəkələrdən asılılıq neqativ seçimlərə gətirib çıxarır.

Hətta bu mənfi seçim narkotik və spirtli içki alüdəçisi olan insanların qəbul etdiyi yanlış qərarlarla eyniləşdilir. Qeyd olunur ki, sosial şəbəkə asılılığı olanlar narkotik və spirtli içki alüdəçilərinin yol verdiyi yanlışı təkrarlaya bilər.

Bundan başqa tədqiqatçılar onu da müəyyənləşdiriblər ki, sosial şəbəkələrdən hədsiz istifadə insanlarda digərləri ilə tez konfliktə getmə kimi əlamətlər formalaşdırır.

Tədqiqatçıların 18-71 yaşlı sosial şəbəkə istifadəçiləri arasında apardıqları araşdırmaların nəticələrinə əsasən, sosial şəbəkə asılılığı insanlarda psixatrik problemlərin yaranmasına səbəb olur".

Tərcümə etdi: Ayyət Əhməd