DİQQƏT: Evlərdə başqalarından öyrənməklə iynə vuranlar var" - OLMAZ !

"Ev şəraitində iynə vuran bəzi tibb bacılarının tibbi təhsili olmur. Onlar başqalarından öyrənməklə iynə vurmağı, bədənə sistem vurmağı öz boyunlarına götürürlər. Amma bu, düzgün addım deyi"


"Ev şəraitində tibbi proseduraların aparılması əks təsir verir”.

Bunu Sherg.az-a tibbi təhsili olmayan şəxslərin ev şəraitində tibbi xidmət göstərməsinə münasibət bildirərkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. 

O bildirib ki, xüsusilə, venadaxili inyeksiyaların, damcı üsulu ilə (sistem) keçən inyeksiyaların vurulması qadağan olunmalıdır:

"Məsuliyyətli həkimlər bu barədə xəstəni məlumatlandırır, təlimatlar verirlər. Ümumiyyətlə, inyeksiyaların stasionar şəraitdə vurulması vacibdir. Xəstə xəstəxanaya gəlməlidir, həmin proseduraları həyata keçirməlidir. Ev şəraitində iynə vuran bəzi tibb bacılarının tibbi təhsili olmur. Onlar başqalarından öyrənməklə iynə vurmağı, bədənə sistem vurmağı öz boyunlarına götürürlər. Amma bu, düzgün addım deyil. 

Onların tibbi proseslərdən, əks təsirlərdən məlumatı olmur. Bədənə yanlış şəkildə daxil olan dərmanlardan insanlar ağır infeksiyalarla, xəstəliklərlə üzləşə bilərlər. Ev şəraitində tibbi proseduraları həyata keçirmək yasaqlanmalıdır. Cinayət məcəlləsində bununla bağlı məlumat yerləşdirilməli, konkret müddəalar irəli sürülməlidir”.

Aysel Aslan