Xüsusi diaqnozlu müəyyən olunmuş şagirdlər məktəbdə nəzarətə götürülməli, onunla fərdi məşğul olunmalıdır
Direktorların pul yığmaqdan başları açılır ki...
16:22 20.04.2019
Arxiv
880
Direktor, pedaqoji heyət özünü dəyişməsə, vəziyyət dəyişməyəcək
Xüsusi diaqnozlu müəyyən olunmuş şagirdlər məktəbdə nəzarətə götürülməli, onunla fərdi məşğul olunmalıdır
Xüsusi diaqnozlu müəyyən olunmuş şagirdlər məktəbdə nəzarətə götürülməli, onunla fərdi məşğul olunmalıdır
Təhsil naziri Ceyhun Bayramov paytaxtın ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib. Görüşdə nazir şagirdlərlə işin təşkili, məktəbdə sağlam mənəvi-psixoloji və təhlükəsizlik mühitinin təmin edilməsi, məktəb-ailə, məktəb-müəllim-şagird-valideyn münasibətlərinin, müəllim və ya şagirdlərə qarşı zorakılıq halları barədə ümumtəhsil müəssisələrində mövcud vəziyyətin təhlil edilməsi ilə bağlı tapşırıqlar verib. Nazir məktəb rəhbərlərinə tapşırıb ki, sinif rəhbərləri, fənn müəllimləri, məktəb psixoloqları həssas şagird qruplarını müəyyənləşdirməli və onlar barədə ətraflı məlumat hazırlamalıdırlar. Yəni, məktəb direktoru da, müəllimlər də hər bir şagirdi yaxından tanımalıdır.
Bu, necə mümkün ola bilər? Təhsil eksperti Kamran Əsədov «Şərq»ə açıqlamasında qeyd etdi ki, 24 may 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev «Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında» Azərbaycan Respublikasının Qanununu imzalayıb. Təəssüf ki, ölkədə hazırda fəaliyyət göstərən 4472 orta məktəbin direktorunun bu qanundan xəbəri yoxdur. Həmin qanundan kiçik bir çıxarışı nəzərə çatdırım:
Tədris prosesini həyata keçirən təhsil müəssisələri öz səlahiyyətləri daxilində: sosial təhlükəli vəziyyətdə olan, heç bir üzrlü səbəb olmadan daima dərslərdə iştirak etməyən, habelə təhsildən yayınan yetkinlik yaşına çatmayanları aşkar edir, onların tərbiyəsi və ümumi əsas təhsil almaları üçün tədbirlər görür; sosial təhlükəli vəziyyətdə olan ailələri aşkar edir və onlara uşaqlarının təhsil və tərbiyəsində kömək edir; təhsil müəssisələrində idman seksiyaları, texniki və digər dərnəklər, klublar yaradır və oraya yetkinlik yaşına çatmayanların cəlb edilməsini təşkil edir; yetkinlik yaşına çatmayanlarda cəmiyyətə və qanunlara hörmət ruhunda davranışın formalaşdırılmasına yönəldilmiş proqram və metodikaların həyata keçirilməsi üzrə tədbirlər görür.
Bunlar Qanundan sadəcə, kiçik bir xatırlatmadır. Qanun genişdir və tədrislə bağlı bütün məsələləri əhatə edir. Buyursunlar, təhsil müəssisəsi rəhbərləri, müəllimlər onunla tanış olsunlar.
Qanundan da göründüyü kimi, orta məktəb direktorlarının işi qeyri-qanuni yolla pul yığmaq yox, çox ciddi işlə məşğul olmaqdır.
Məktəb direktorları uşaqların hər birini yaradılmış komissiya ilə yoxlamalı, xüsusi diaqnozlu müəyyən olunmuş şagirdlər məktəbdə nəzarətə götürülməli, onunla fərdi məşğul olunmalıdır. Eyni zamanda, bu uşaqlarla loqopedlər və xüsusi mütəxəssislər məşğul olmalıdır.
Psixoloji həssas uşaqlara xüsusi diqqət yetirilməlidir. Onlar çox həssasdırlar. Onların bacarıqlarını inkişaf etdirməsi üçün müəyyən addımlar atılmalıdır. Belə problemi olan uşaqlarla 20 dəqiqədən artıq işləmək olmaz. Kənar səslər onların əsəbiləşməsinə səbəb ola bilər. Eyni zamanda uyğun olmayan istənilən hərəkət onlara təsir göstərir.
Yəni məktəb rəhbərliyi, pedaqoji kollektiv qanunla tanış olub, fəaliyyətlərində ona söykənsələr, problemləri həll edə biləcəklər. Yox, yenə də köhnə «stillə» davam etsələr, problemlər də qalacaq, bədbəxt hadisələr də baş verəcək.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəbrayılda mina partladı: xəsarət alan var
21:12 23.07.2026
Hadisə
Xankəndidə kafedə yanğın olub, iki nəfər xəsarət alıb
20:55 23.07.2026
Hadisə
Tramp: İrana qarşı əvvəlkindən daha böyük hücum planlaşdırıram
20:41 23.07.2026
Dünya
İranın "Türkiyə möhkəm dayandı" mesajının şifrəsi - TƏHLİL
20:26 23.07.2026
Gündəm
Tramp İrana yeni hücumun anonsunu verdi - ANALİZ
20:21 23.07.2026
Gündəm
İran rejimi daxildən dağılma mərhələsinə daxil olub - Analitik
19:43 23.07.2026
Gündəm
Əraqçi Qırğızıstana yollanıb
19:20 23.07.2026
Dünya
Avropada benzinin qiyməti qalxdı
19:03 23.07.2026
İqtisadiyyat
ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb
18:55 23.07.2026
İnfrastruktur
"Brent"in qiyməti 100 dolları ötdü
18:20 23.07.2026
İqtisadiyyat
Psixoloqa getmək xəstə olmaq demək deyil - RƏYLƏR
17:47 23.07.2026
Elm və Təhsil
Müharibənin taleyi cəbhədə həll olunacaq - Hasan Oktaydan ŞƏRH
17:32 23.07.2026
Gündəm
II Qaregin yeni parlamentin ilk iclasına dəvət edilmədi
17:10 23.07.2026
Region