Diri-diri yanan ana və övladı

Dəhşətin qurbanları tapıldı




İtaliyada çağdaş Kampaniya bölgəsində, Neapol şəhərinin yaxınlığında yerləşən Qədim Roma şəhəri Pompey 79-cu ilin avqustun 24-də Vezuvi vulkanının püskürməsi nəticəsində məhv olmuşdu.

Arxeoloqlar qədim, məhv olmuş şəhərin qalıqları arasında apardıqları qazıntı işləri zamanı vulkan püskürməsi nəticəsində Pompeydə diri-diri yanmış ana və qızının qalıqlarını aşkarlayıblar.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, arxeoloqlar indiyədək 86 şəhər sakininin qalıqlarını üzə çıxarıblar. Qalıqlar gips məhluluna salınır və bu minvalla onların gips formaları alınır. Gips formalar "Pompeii and Herculaneum” sərgisində nümayiş olunacaq. Pompey Arxeologiya Laboratoriyasının rəhbəri Stefano Vanakorenin dediyinə görə, Vezuvi vulkanının püskürməsi nəticəsində Pompeydə 10 min, Herkulanum şəhərindəsə 25 min nəfər həlak olmuşdu.