Dollar ucuzlaşsa da, qiymətlər enmir




"Azərbaycanda istehlak qiymətləri tənzimlənir, lakin situasiyadan sui-istifadə halları da var”.

Bunu Sherg.az-a dolların ucuzlaşmasına rəğmən ərzaq məhsullarının qiymətlərində enmələrin müşahidə olunmamasının səbəblərini izah edərkən "Turan” İnformasiya Agentliyinin iqtisadi şərhçisi Hafiz Babalı deyib. 

O bildirib ki, manatın məzənnəsi aşağı düşdükdə dolların qalxmasından istifadə edib, qiymətlər artırılır:

"Amma indiki halda vəziyyətdən öz mənafeyi üçün istifadə edənlər var. Artıq bir neçə dəfə manat möhkəmlənsə də, qiymətlər stabil olaraq qalır. Bəzi məhsullarda bunu müşahidə edirik. Əksər hallarda buna nəzarət edən dövlət qurumu lazımı nəzarəti təmin etmir, monitorinqlər aparmır. Həmin bazarın monitorinqləri həyata keçirilməlidir, qiymətin formalaşması müəyyən edilməlidir. Necə ki, müəyyən bir məhsul bahalaşanda bunun səbəbi izah edilir. Burada da qiymətlərin formalaşması təhlil olunmalıdır. Bir sıra şirkətlər ki, var onlar öz mənafelərindən çıxış edərək, daha yüksək qiymətlər təşkil edib, gəlir qazanırlar. Həmin şirkətlər aşkar olunur. 

Kifayət qədər çox sayda xarici məsulların burada paylaşdırma şirkətləri var və onlar bu situasiyada soruşdurulası şirkətlərdir. Konkret dövlət qurumu da var ki, İstehlakçıların Hüquqlarının Müdafiəsi dövlət xidməti niyə bazardakı bu meylləri özbaşına buraxıblar? Məsələn, rayonda qiyməti 20 qəpik olan bir məhsulu 22 qəpiyə kassaya vurublar və mağazanı 10 min manat cərimə ediblər. Bu istehlakçı hüquqlarının pozulması kimi dəyərləndirilir. Ciddi məbləğdə cərimələr müəyyən olunur. Həmin problemlə bağlı da cərimələr müəyyən olunmalıdır. İstehlakçıların mənafelərinə zidd olan addımlarla istehsalçılar qazanc əldə edirlər”.

Ayyət Əhməd