Dollar yenidən bahalaşa bilər

Vüqar Bayramov: "Dövriyyədəki nağd pul kütləsinin kəskin azalması, dollara olan tələbatı artırır"


"Dollar erası bitməyib, bundan sonra da hələ uzun müddət davam edəcək”.
Bunu Sherg.az-a "Dollar hansı həddə qədər ucuzlaşa bilər?” sualını cavablandırarkən iqtisadçı ekspert Vüqar Bayramov deyib. 

O bildirib ki, ABŞ-da dolların məzənnəsinə yanaşma səhvdir. Buna rəğmən Federal Ehtiyatlar Sistemi yenə uçot dərəcəsinin artırılması barədə qərar verdi: 
"Azərbaycanda dolların məzənnəsinin dəyişməsi isə birbaşa pul buxtasının həcmindən asılıdır. Bu ilin 3 ayında Azərbaycanda pul bazasının həcmi 600 milyon manat azalıb. Banklarda vəsaitlərin ağırlaşdırılması ilə bağlı məhdudiyyətlər var. Nəticədə dövriyyədəki nağd pul kütləsi kəskin azalıb. Bunun azalması dollara olan tələbatı artırır.

Pul kütləsinin azalmasını uzun müddət saxlamaq mümkün deyil. Biz pul kütləsinin azalmasını müşahidə edirik. Bu qısa müddət üçün müşahidə edilir”.

V. Bayramovun sözlərinə görə, pul kütləsinin artımı baş verərsə, dolların məzənnəsinin yenidən yüksəlməsinə gətirib çıxaracaq:

"Bu baxımdan dolların məzənnəsi növbəti dövrdə birbaşa pul kütləsinin həcmindən asılı olacaq. Əgər pul kütləsinin, nağd pul kütləsinin həcmində artımlar olacaqsa, bu, iqtisadi baxımdan manatın əvvəlki səviyyəyə qayıtması üçün zəminlər var. Əslində bu real deyil. İqtisadi aktivlik artdıqca, manat bazası yüksəldikcə, yenidən dollara tələbat azalır. Bu nə zaman olacaq proqnozlaşdırmaq çətindir. Çünki bu birbaşa inzibati olaraq, Mərkəzi Bankdan asılıdır". 
 
 Aysel Aslan