Dövlət bağçaları “yer yoxdur” deyirsə, deməli rüşvət istəyir
16:42 17.04.2017
Arxiv
1058
Kamran Əsədov: "Dövlət bağçalarında vəsait toplanması yolverilməzdir. Onlarınmaliyyələşməsi dövlət büdcəsinin hesabına həyata keçirilir"
Aysel Aslan
"Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinə həmin yaşda uşaqların cəlb olunması baxımından vəziyyət acınacaqlıdır”.
Bunu Sherg.az-a paytaxtda yerləşən uşaq bağçalarında qiymətlərin baha olmasına münasibət bildirərkən təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, ölkə üzrə bağçalara və məktəbəqədər müəssisələrinə cəlb olunma faizi həmin yaşda olan uşaqların 21 faizini təşkil edir:
"Bu nəticələr isə yalnız Bakı şəhərində bir qədər yüksəkdir. Elə regionlar var ki, hətta uşaqların bağçalara getmə faizi sıfırdır. İlk növbədə qeyd edim ki, dövlət bağçalarının, məktəbəqədər təhsil müəssisələrinin hər biri pulsuzdur. Orada hər hansı xidmət haqqı tələb oluna bilməz. Çünki onların bütün maliyyələşməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Lakin həmin müəssisələrə rəhbərlik edən şəxslər qeyri-leqal formada müəssisələrə pul yığmağı həyata keçirir. Bu da nəticə etibarı ilə dövlət bağçasına etibarsızlıq yaranmasına gətirib çıxarır. Dövlət bağçalarında vəsait toplanması yolverilməzdir.
Özəl bağçalara gəldikdə isə buradakı qiymətlər orta statistik insanın büdcəsinə uyğun deyil. Onların sayı da gün-gündən artır, qiymətləri də yüksəlir. Hətta elə bağçalar var ki, aylıq 1000 manatdan yüksək xidmət tələb edir. Bildiyiniz kimi 2016-cı ildən etibarən Azərbaycan Təhsil Nazirliyi xüsusi olaraq məktəblərin tərkibində məktəbəqədər qrupların açılması ilə bağlı göstəriş verib. Bunlar da pulsuz olaraq həyata keçirilir. Ona görə ki, məhz birinci sinifə daxil olan uşaqların məktəbə həm psixoloji, həm də fizioloji baxımdan tam hazırlığını təmin etmək qarşıya məqsəd qoyulub. Birbaşa məktəbə gələn uşaqlar öyrəşməkdə çətinlik çəkir, dərs yükünün ağırlığından şikayətlənir. Ancaq bağçalardan sonra ibtidai sinfə başlayan şagirdlərdə problem yaşanmır”.
Dövlət bağçalarında "yer yoxdur” ifadəsinin yalan olduğunu qeyd edən K.Əsədovun sözlərinə görə, qeyri-formal tələblərin irəli sürülməsi üçün bağçaların rəhbərlikləri razılıq verir:
"Bunun aradan qaldırılmasının çox rahat bir forması var. Bağçalara qeydiyyat elektron qaydada həyata keçirilə bilər. Kim hansı rayon ərazisindədirsə, məktəbin elektron saytına daxil olsun, orada boş yer olub-olmadığı ilə bağlı məlumat alsın. Həqiqətən, bu zaman neqativ hallar aradan qalxar. Bakı şəhərində 1-ci sinfə qəbul olunacaq uşaqların sayı 40 min nəfərdir. Onların paytaxtdakı məktəblərə yerləşdirilməsi mümkündür. Heç bir sıxlıq yoxdur. Amma Bakı şəhərində yerləşən bağçaların sayı orta ümumtəhsil müəssisələrindən dəfələrlə çoxdur, amma yerləşmə məsələsində problem var. Bu o deməkdir ki, şəffaflıq yoxdur. Belə vəziyyəti aradan qaldırmağın yeganə yolu elektron qeydiyyat sisteminə keçməkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kürdəmirdə ildırım 51 yaşlı kişini vuraraq öldürüb
20:50 29.09.2026
Hadisə
AB Suriyaya 51 milyon avro ayırdı
20:42 29.09.2026
Dünya
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
20:35 29.09.2026
Hadisə
Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü
20:27 29.09.2026
Gündəm
Şəhidlər unudulmur və onlar əbədiyyətə kimi xatırlanacaqlar!
20:27 29.09.2026
Ölkə
FIFA reytinqi yeniləndi! Türkiyə millisi 4 pillə gerilədi
20:23 29.09.2026
Futbol
Ət bazarında vəziyyət dəyişir
20:16 29.09.2026
Sosial
3 rayona diqqət
20:01 29.09.2026
Ekologiya
Putindən əcaib fərman: Dataları gizlədin!
19:46 29.09.2026
Gündəm
ABŞ İraqdan çıxır: Vaşinqtonun boşaltdığı meydanda Tehran güclənir?
19:27 29.09.2026
Dünya
Zelenski: Rusiya Sumıda məktəbi bombalayıb, ölənlər var
18:46 29.09.2026
Dünya
Məşhur erməni yazıçı və ssenarist Vaqram Saakyan saxlanılıb
18:39 29.09.2026
Region
Türkiyədə saxlanılan İran təyyarəsi Tehrana qayıdacaq
17:46 29.09.2026
Gündəm