Erməni yazıçı və ssenarist Vaqram Saakyan nifrət, dözümsüzlük və düşmənçiliyi qızışdıran paylaşım yaymaqda ittiham edilərək saxlanılıb.
Sherg.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, Saakyan 8 yanvar 2025-ci ildə sosial şəbəkədə nifrət və düşmənçiliyi təbliğ edən paylaşım edib. Ekspertiza nəticəsində də həmin paylaşımın bu xarakterli olduğu təsdiqlənib.
Sentyabrın 29-da Saakyan barəsində Ermənistan Cinayət Məcəlləsinin nifrət, dözümsüzlük və düşmənçiliyi qızışdırmağa yönəlmiş ictimai çıxışlarla bağlı maddəsi üzrə cinayət işi başlanıb.
Erməni mediasının məlumatına görə, cinayət işinin səbəbi yazıçının 2025-ci ilin yanvarında hökuməti təhqir edən ifadələr paylaşması olub. Paylaşım sonradan silinib.