“Dövlət büdcəsinə ciddi nəzarət olmalıdır”
20:52 01.03.2016
Arxiv
906
Vahid Əhmədov: “Yerli icra hakimiyyətləri orqanlarına öyrətmək lazımdır ki, mərkəzi büdcəyə çox göz dikməsinlər”
Parlamentin plenar iclasında 2016-cı ilin dövlət büdcəsi müəyyən dəyişikliklərlə təsdiq olundu. Əksər ekspertlərə görə, yeni büdcə beynəlxalq aləmdə gedən mürəkkəb iqtisadi proseslər fonunda əhəmiyyətlidir. Onların fikrincə, dəqiqləşdirilmiş büdcədə lüzumsuz xərclərin aradan qaldırılması büdcəyə qənaət edilməsinə səbəb olacaq və struktur islahatlarına yardım edəcək.
2016-cı ilin dövlət büdcəsinə edilən dəyişikliklər əhalinin sosial müdafiəsi baxımından da vacib hesab olunur. Yeni büdcə və parlamentdə müzakirə olunan məsələlərlə bağlı "Şərq”in suallarını cavablandıran Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib ki, büdcənin yenidən formalaşması iki mühüm məsələ ilə bağlı idi.
- Vahid müəllim, büdcənin təsdiq olunması və dəyişikliklərlə bağlı nə deyərdiz?
- Biz dövlət büdcəsini qəbul edəndə neftin qiymətini 50 dollardan götürmüşdük. Ancaq sonradan neftin qiyməti 30 dollara düşdüyünə görə, büdcəyə yenidən baxılmasını zəruri bildik. Ən mühüm məsələ bu idi. İkinci ciddi problem isə milli valyutamızla bağlı idi. Manatın bir ildə iki dəfə devalvasiyaya uğraması büdcə layihələrinə yenidən baxmağı vacib edirdi. Bu iki prinsipi nəzərə alan dövlət başçısı parlamentə dəyişdirilmiş yeni büdcə layihəsini göndərdi. Dəqiqləşdirilmiş büdcədə təxminən 2.3 milyard manat gəlir və bir o qədər də əlavə xərc hissəsi nəzərdə tutulub. Gəlir hissəsinin 1.6 milyard manatı Neft Fondundan transfertidir. Qalan 700 milyon manatı əlavə dəyər vergisi (ƏDV) və digər gəlirlər hesabına formalaşır. Xərc hissəsinin 800 milyon manatı sosial müavinətlərə, əmək haqqına, pensiyaya ayrılır. 400 milyon manatı müdafiə qüvvələrinə, 525 milyon manatı isə dövlət borcuna sərf olunur. Qalan miqdar isə təhsil və s. sahələrə ayrılır.
- Büdcəyə edilən dəyişikliklər sosial layihələrin reallaşmasına necə təsir edəcək?
- Dövlət büdcəsində edilən dəyişikliklərin böyük qismi sosial layihələrlə bağlıdır. Çünki bu, mühüm məsələdir. Ona görə də büdcənin hardasa 38 faizi sosial yönümlü layihələrə tətbiq ediləcək. Ümid edirik, elə ciddi problem olmayacaq.
- Büdcəyə qənaət etmək üçün lüzumsuz xərclərin qarşısının alınması nəzərdə tutulur. Sizcə, bu nə dərəcədə mümkün olacaq?
- Ümumiyyətlə, bu məsələ parlamentdə çox ciddi müzakirə obyekti oldu. O cümlədən yerli büdcələrlə əlaqədar məsələyə toxunuldu. Biz də orada öz fikrimizi dedik. Təklif etdik ki, ilk növbədə qənaət mexanizmini işə salmaq lazımdır. Həmçinin, dövlət büdcəsinə həm Hesablama Palatası tərəfindən, həm də Maliyyə Nazirliyinin qurumları tərəfindən çox ciddi nəzarət edilməsi məsələsini gündəmə gətirdik. Vurğuladıq ki, nəzarət mexanizmi daha da güclənməlidir. Eyni zamanda yerli icra hakimiyyətləri orqanlarına öyrətmək lazımdır ki, mərkəzi büdcəyə çox göz dikməsinlər. Yavaş-yavaş özlərini maliyyələşmə prinsipinə keçsinlər. Bu gün Azərbaycanda 6 bölgə özünü maliyyələşdirir. Məsələn, Bakı, Sumqayıt, Mingəçevir, Neftçala, Abşeron və b. rayonların öz büdcəsi var. Aran rayonlarının da özünü maliyyələşdirməsi zəruri məsələdir. Çünki Azərbaycanda əksər infrastrukturlar, məsələn, qaz, işıq, yol çəkilməsi və s. problemlər artıq öz həllini tapıb. Ona görə də rayonlara əlavə xərc tələb olunmur.
- Büdcənin dəqiqləşdirilməsi zaman qeyri-neft sektorunun və xüsusən kənd təsərrüfatının inkişafı ilə bağlı hansı məsələlər gündəmə gətirildi?
- Bu sahələrin inkişafı ilə əlaqədar öz çıxışımda bildirdim ki, 2016-cı ildə biz əsasən 3 sahəyə xüsusi diqqət yetirməliyik. Onlardan birincisi, kənd təsərrüfatı və emal sahəsidir. İkincisi isə kiçik və orta sahibkarlığın inkişafıdır. Üçüncüsü, sahə tikinti sektorudur. Tikinti sektorunu həm ipoteka kreditləri vasitələri, həm də digər üsullarla inkişaf etdirmək olar. Vurğuladığım sahələr daha tez və çox gəlir gətirən sahələrdir. Əgər islahatlar həyata keçirilərsə, ölkədə işsizlik problemi yaranmaz.
- Həmkarlarınız dövlət qurumlarının özəlləşdirilməsi məsələsini də tez-tez qabardırlar. Bununla bağlı hansısa layihələr varmı?
- Özəlləşdirmə ilə əlaqədar xüsusi proqram hazırlanır. Dövlət başçısının da məsələ ilə bağlı əlavə göstərişləri, tapşırıqları var. Proqram üzə çıxanda, bütün detalları aydın olacaq. Amma ümumilikdə bir sıra səhmdar cəmiyyətlər, nazirlik və komitə nəzdində olan sahələr özəlləşdirilə bilər. Təbii ki, mühüm özəlləşdirmələr dövlət büdcəsinə əlavə gəlir gətirəcək.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə