Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
07:20 07.02.2020
Arxiv
528
"Yüksəliş” qalibləri dövlət qulluğuna imtahansız qəbul ediləcək
“Yüksəliş” müsabiqəsinin hər bir qalibinə ayrılacaq 20 min manat qrantın 10 min manatı mütləq müsabiqə bitəndən sonra 1 il ərzində təhsilə xərclənməlidir ”.
APA-nın məlumatına görə, bunu bu gün “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsi başa çatması ilə bağlı keçirilən mətbuat konfransında Gənclər və idman nazirinin müavini, "Yüksəliş müsabiqəsi" ilə bağlı yaradılan işçi qrupunun rəhbəri Fərhad Hacıyev bildirib.
F. Hacıyev deyib ki, şəxsən o qalib olardısa, bütün vəsaiti təhsilə xərcləyərdi: “Müsabiqənin qalibləri kadrların ehtiyat bankına daxil ediləcək. Həmin şəxslərin hansı müddətdə kadr bankında qalacağına gəlincə, həmin şəxslərin uzun müddət kadrların ehtiyat bankında qalacağına inanmıram. Bu gün ölkədə aparılan islahatları da nəzərə alsaq, yəqin ki, onlar qısa müddətlə müvafiq işlə təmin olunacaqlar. Hətta bəzi qurumlar var ki, nəinki qaliblər, finala çıxacaq namizədlərlə belə işləmək istədiklərini ifadə ediblər. Müsabiqənin qalibləri üçün sonradan dövlət qulluğuna qəbul üçün imtahan tələb olunmayacaq. Biz bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ilə də danışmışıq. Yəqin ki, bununla əlaqədar dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik də ediləcək ”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya