DTF-in Hakimlər Komitəsinin sədri Şakir Çəlbat: “Azərbaycanda Yay Olimpiya Oyunlarının keçirilməsi üçün hər cür ifrastruktur var”





Avropa Oyunlarında taekvondo iştirakçılarının tərkibi baxımından mühüm idman növlərindən biri sayılır. Ümumdünya Takevondo Federasiyasının Hakimlər Komitəsinin sədri bu növ Şаkir Çəlbat, Avropa Oyunlarının təşkili səviyyəsi ilə bağlı "sherg.az”a təəssüratlarını bölüşüb. O bildirib ki, paytaxtımız Yay Olimpiya Oyunlarının keçirilməsinə əminliklə namizədliyini irəli sürə bilər. "Mən ilk dəfə on il əvvəl Azərbaycana gəlmişəm və hər gəlişimdə şəhəriniz müsbət mənada daha da dəyişirdi. Bu baxımdan mən də Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsi müşahidə etmişəm. Bir sözlə, şəhəriniz hər gün dəyişikliyə məruz qalır. Nə yaxşı ki, bu Avropa Oyunları məhz Bakıda keçirilir. Burada yarışların keçirilməsi üçün hər şeyə var - böyük yarışların keçirilməsi üçün gözəl arenalar, yeni yaradılan infrastruktur, xeyirxah insanlar. Mən bilirəm ki, Azərbaycanda idmana dövlət siyasətinin tərkib hissəsi kimi dövlət tərəfindən qayğı göstərilir və bu da gələcək nəsillərinizin formalaşması və sağlam ruhda böyüməsiüçün çox vacib olan məqamlardan biridir”.

"Avropa Oyunlarının keçirilməsi təkcə qitədə deyil, dünya idman tarixində yeni səhifə açdı. Bu da, təcrübə olaraq Azərbaycan üçün geniş imkanlar açır. Mən qəti əminəm ki, əgər ölkəniz Оlimpiada-2024-ün keçirmək istəyini iddia edərək namizədliyini versə, bu hüququ qazanacaq. O zaman mən təəccüblənmərəm. Təkrar qeyd edirəm ki, burada böyük yarışların keçirilməsi üçün lazım olan hər şey var - loqistika, otellər, idman obyektləri yaradılıb. Ona görə də Avropa Oyunlarının keçirilməsini, perspektiv baxımından Yay Olimpiadasının almaq imkanları yolunda mühüm addım kimi qiymətləndirmək olar",deyə Ş.Çelbak bildirib.
O, həmçinin taekvondo yarışlarının gedişatına da münasibət bildirib. "Özünüz görürsünüz ki, Bakıya öz çəki dərəcələri üzrə güclü, lider idmançılar gəlib. Bununla yanaşı ilk baxışda bir sıra gözlənilməz nəticələrdə qeydə alınıb. Azərbaycanlı atlet Ayxan Tağızadənin 19 yaşında bir çox titullu rəqiblərinə qalib gələrək Avropa Oyunlarının qalibi olub. Bu o deməkdir ki, sizdə yeni nəsil istedadlı idmançıların yetişir, onlar ən yüksək nəticələr göstərə bilərlər”.
Baş referi hakimlərimizin fəaliyyətindən də razılıq edib: " Azərbaycanlı hakimlər çox təcrübəyə malikdir.Çünki onlar DTf-in tərkibində müxtəlis yarışlara hakimlik ediblər. Bu baxımdan onlar üçün İlk Avropa Oyunlarının yarışlarını idarə etmək o qədər də çətin deyil. Lakin oyunları idarə etmək məsuliyyət və diqqət tələb edir”

Vüqar Şahinoğlu