Dubay restoranında qonaqlara robot xidmət edir
12:44 13.07.2018
Arxiv
499
Dubayın "Bur Dubai” rayonunda yerləşən "Drinkand Spice Magics” restoranı Rubi adlı robotu ofisiant kimi işə götürüb.
AZƏRTAC Əmirliklərin yerli KİV-lərinə istinadla xəbər verir ki, Rubi restorana gələn qonaqlara xidmət etmək üçün xüsusi cığırla bir masadan digərinə doğru hərəkət edir. Müştərilərin doğum günlərində və digər əlamətdar hallarda Rubi onlar üçün musiqi də ifa edir.
"4amGroup”un icraçı direktoru Arif Məhəmməd bildirib ki, Yaponiyada səfərdə olarkən orada robotların gündəlik həyatın tərkib hissəsinə çevrildiyini müşahidə edib. Ofisiant-robotlar A.Məhəmmədə çox güclü təsir bağışlayıb və o, yeni müəssisədə ənənələrlə müasirliyin əlaqələndirilməsi üçün bu konsepsiyadan istifadə etməyi qərara alıb.
A.Məhəmməd daha sonra bildirib ki, yaxın iki ildə Körfəz regionunda 100-dən çox restoran açmağı planlaşdırır. Bu il oktyabr ayına qədər Dubayda və Səudiyyə Ərəbistanında açılacaq iki müəssisədə bu bazar üçün yeni, unikal texnologiyalarla təchiz olunmuş beş-altı robot çalışacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou
Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb - YENİLƏNİB
04:19 04.11.2026
Hadisə
Türkiyədə narkotik vasitələri təbliğ edən 19 nəfər saxlanılıb
02:50 04.11.2026
Region