Dünya bu xanımdan danışır - Fotolar

Ash Soto hələ 12 yaşındaykən boyununda kiçik bir iz fərq edi. Əvvəl ciddi  bir şey olmadığını düşünür, ancaq zamanla izlər çoxalmağa başlayır. Anası dermatoloqa apardığı zaman kiçik qıza vitiligo diaqnozu qoyulur. 
Diaqnozdan sonra 1 il içində ləkələr bütün bədəninə yayılır. Ash, illərcə bu ləkələrini gizləmək  üçün səy göstərir. Üzündəkiləri makiyajla bağlamağa çalışır, uzun qollu paltar və şalvarla qollarını və qıçlarını gizlədir. İndi 21 yaşında olan Ash, bədənini qəbul etməyə nə vaxt başladığını izah edir:
"Bir yaz bütün bədənimə spray bürüncləşdirici sıxmağa başladım. Dənizə getdiyim bir gün sudan çıxdığım anda bütün bürüncləşdiricinin axdığını və ləkələrimin göründüyünü fərq etdim. O gün olduğum adamı dəyişdirə bilməyəcəyimi anladım və bədənimlə yaşamağı öyrənməyə qərar verdim."
Bundan sonra  Ash yaxşı düşünüb, daşındıqdan sonra bir Instaqram səhifəsi açıb, ən təbii, ən gerçək hallarını paylaşmağa qərar verir. "İnsanlar özümə inamımı və bədənimdə necə xoşbəxt olduğumu görsələr, onlar da məni belə qəbul edərlər." sözləriylə Instaqram səhifəsinin əhəmiyyətini izah edir.
İlk fotosunu  2016-cı ildə paylaşdı. Altından da bu qeydləri yazdı: "Bədənin bir rəsm olduğu deyirlər. Mən yalnız bir az fərqli boyanmışam."
Gələn müsbət  şərhlər Ashi gözyaşlarına boğmuşdu. Ash, onun kimi özünə inam problemi yaşayan vitiligo xəstələrinin də bədənləriylə qürur duymalarını istəyir.