“Dünya soyqırımları tarixi” kitabı nəşr edilib
13:23 07.01.2019
Arxiv
878
Araşdırmaçı-jurnalist, "Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədr müavini, AMEA-nın dissertantı Anar Turanın "Dünya soyqırımları tarixi” adlı kitabı çap olunub.
"Sherg.az"xəbər verir ki, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin ilk layihəsi çərçivəsində nəşr edilib.
Azərbaycan və ingilis dillərində nəşr olunmuş kitabda tariximizin XX əsrdə ən keşməkeşli dövrlərinin acı nəticələri - 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqırımı, 1992-ci ildə bəşəriyyətin gözü qarşısında törədilmiş Xocalı soyqırımı dünyanın müxtəlif xalqlarına qarşı Srebrenitsa, Ruanda, Namibiya, Kamboca, Oradur, Tasmaniya, Amerika dəhşətləri ilə paralel şəkildə işıqlandırılıb. Müəllifin faktoloji cəhətdən zənginliyi ilə seçilən bu monoqrafiyası ingilis, fransız, rus, türk mənbələrinə əsaslanaraq hazırlanıb. Xüsusilə tanınmış əcnəbi tarixçilərdən və soyqırımı tədqiqatçılarından hesab olunan Timati Snayder, Adam Cons, Devid Stennard, M.Hassan Kakar, T.Rassel və digər alimlərin dünyada törədilən soyqırımlarına münasibətləri, araşdırmaları tədqiqata cəlb olunub.
Yeni nəşrin əsas özəlliklərindən biri də odur ki, dünya soyqırımlarına ilk dəfə kompleks şəkildə toxunulub. Daha bir üstünlüyü isə Azərbaycan dili ilə yanaşı, əsas beynəlxalq dillərdən sayılan ingilis dilində tərcümə olunmasıdır. İngilisdilli versiya əsasən xarici ölkələrdəki diaspor təşkilatları, diplomatik korpuslarımız, beynəlxalq təşkilatlar və xarici dövlətlərin məşhur universitetlərinin kitabxanaları üçün nəzərdə tutulub. Nəşrin ingilis dilinə tərcüməsini Ceyhun Bayramlı edib.
Kitabın rəyçiləri tarix üzrə elmlər doktoru, professorlar Anar İsgəndərov, Qafar Cəbiyev və Kamil İbrahimovdur. Kitabın məsləhətçisi Efiopiyanın Azərbaycandakı fəxri konsulu, "Soyqırımı Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri Ceyhun Ələkbərov, redaktoru Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elməddin Behbuddur.
Araşdırma geniş oxucu kütləsi, xüsusilə tələbələr, müəllimlər, media mənsubları, tədqiqatçılar və əcnəbi ölkələrin təmsilçiləri üçün nəzərdə tutulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm
İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb
19:26 01.09.2026
Rəsmi
Ərdoğan: Türkiyə-Rusiya münasibətləri çox yüksək səviyyədədir
19:08 01.09.2026
Region
Putin və Pezeşkian danışıqlar aparıb
19:00 01.09.2026
Gündəm
Sahibə Qafarova Somali Prezidenti ilə görüşdü
18:52 01.09.2026
Siyasət
Ərdoğan: Akkuyu Atom Elektrik Stansiyasının son mərhələsindəyik
18:33 01.09.2026
Aktual
İran XİN: ABŞ-nin heç bir təxribatı cavabsız qalmayacaq
18:19 01.09.2026
Region
Rəcəb Tayyib Ərdoğan Bişkekdə Putinlə görüşüb
18:02 01.09.2026
Gündəm