Dünya Taekvondo Federasiyasının prezidenti: "Azərbaycan taekvandoçularının daha çox təcrübəyə ehiyacı var"

"İdmançılar bugün çox yaxşı çıxış etdilər. Ümumiyyətlə, Azərbaycan taekvandoçuları son üç ildəki nailiyyətləri ilə fərqlənə biliblər. Bu illər ərzində Azərbaycan taekvandosu çox inkişaf edib. Bu baxımdan onların İlk Avropa Oyunlarında qızıl medal qazanmaq üçün çox böyük şansları var”. Bu fikirləri İlk Avropa Oyunları çərçivəsində taekvando yarışları zamanı sherg.az-ın suallarını cavablandıran Dünya Taekvondo Federasiyasının prezidenti doktor Çunq Von Ço bildirib.
Əməkdaşımızın "Bizim idmançılarımızı koreyalı taekvandoçulara rəqib olaraq görürlərmi?” sualına DTF rəhbəri belə cavab verib: "Azərbaycan takevandoçuları öz üzərində daha çox çalışarlarsa gələcəkdə koreyalı taekvandoçulara da qalib gələ bilərlər. Çünki Azərbaycan taekvandoçularının daha çox təcrübəyə ehiyacı var. Lakin Azərbaycan idmançıların çox parlaq gələcəyi var."
Çunq Von Çonun sözlərinə görə, Avropa Oyunlarında yüksək nəticə göstərən 6 idmançının naliyyətlərin onların dünya üzrə reytinq xallarına da təsir edəcək: "Nəticədə onlar növbəti Rio de Jenor şəhərində keçirləcək Yay Olimpiya Oyunlarında iştirak edəcəklər”.
DTF-in Azərbaycan Taekvando Federasiyası ilə əməkdaşlığına da münasibət bildirib: " Biz ATF-lə daim əlaqədə saxlayırıq, birlikdə təlimlər keçiririk, görüşürük. Belə bir imkanlar yaratdığına görə, ATF prezidenti Kəmallədin Heydərova təşəkkür edirəm”.
Vüqar Şahinoğlu