Dünyada 10 körpədən biri peyvənd olunmur - AÇIQLAMA





Dünyada 10 körpədən biri peyvənd olunmayıb. 

Sherg.az "Lemond.fr"ə istinadən xəbər verir ki, bu barədə Dünya Sağlamlıq Təşkilatı (DST) məlumat yayıb. 

Təşkilatdan bildirilib ki, dünyada 12, 9 milyon uşaq peyvənd olunmayıb. Qurumdan o da əlavə olunur ki, peyvənd olunmayan körpələr daha çox 3 xəstəliyə- difteriya, tetanus və kokeluş yoluxurlar. 

Və indiyə qədər peyvənd olunmama səbəbindən 3 milyona qədər uşaq dünyasını dəyişib. Buna difteriya, tetanus və qızılca xəstəlikləri səbəb olub. 

Təşkilat onu da bəyan edib ki,  artıq 149 ölkədə uşaqların 90 faizi peyvənd olunur. 

Ayyət Əhməd