"Dünyada ekoloji təhlükələr dərinləşir"

" Nəticədə panika effektini yaradan amil həm avtomobillərin buraxdığı karbon-deoksid qazı, həm də elektrik enerjisinin alınması üçün daş kömürdən istifadə olunan turbinlərin buraxdığı çirkli havadir. Hava çirkliliyini artır



"2015-ci ildə tullantıların azaldılması və qlobal istiləşmə ilə mübarizə istiqamətində imzalanmış "Paris razılaşması” öz əhəmiyyətini itirə bilər”.

Bunu Sherg.az-a hazırda dünyada ekoloji problemlərə qarşı mübarizə tədbirlərindən danışarkən iqtisadçı, ekspert Natiq Cəfərli deyib. 

O bildirib ki, müqavilənin əhəmiyyətini itirməsinə səbəb ABŞ bundan imtina etməsi olub:

"Donald Tramp prezident seçkilərində qalib gəldikdən sonra anlaşmada iştirakdan imtina etdi. ABŞ kimi güclü, dünya iqtisadiyyatının az qala üçdə birinə sahib dövlətin anlaşmadan çıxması bunun önəmini azaltdı. Hətta gələcəkdə digər ölkələrin də buna uymamasına gətirib çıxara bilər.

Dünyada artıq anlayırlar ki, bir neçə ildən sonra yeni texnologiyalar faydalı qazıntıların dünya iqtisadiyyatında istifadəsini xeyli azaldacaq. Bu yeni "Paris anlaşması”nın da əsas mahiyyəti ənənəvi faydalı qazıntılardan, enerji ehtiyatlarından daha az istifadə etməyi dövlətlər öz üzərinə öhdəlik kimi götürməli idilər. Lakin görünür, Amerika anlayır ki, bir neçə il də geciksə, artıq faydalı enerjinin qiyməti xeyli aşağı düşə bilər. Ona görə, aqressiv şəkildə hasilatı artırır. Amerika hazırda kütləvi şəkildə neft, qaz, daş kömür hasil edən ölkədir. Bunun iqtisadi izahı odur ki, bir neçə ildən sonra bu faydalı qazıntıların qiyməti daha aşağı ola bilər. Əhəmiyyətli dərəcədə enerji daşıyıcıları dövrü qapadıla bilər. İndi aqressiv şəkildə hasilatını artırırlar ki, gəlir əldə olunsun. Nəticədə ekoloji problemlər daha da dərinləşir. Nəticədə panika effektini yaradan amil həm avtomobillərin buraxdığı karbon-deoksid qazı, həm də elektrik enerjisinin alınması üçün daş kömürdən istifadə olunan turbinlərin buraxdığı çirkli havadir. Bundan başqa neftayırma zavodlarında istifadə olunan texnologiyalara görə, hava çirkliliyini artıran əsas amillərdən biri də tullantılardır.

Bütün bunları nəzərə alsaq yaxın 10 ildə faydalı qazıntıların hasilatının aqressiv şəkildə artırılması dövrünə qədəm qoymağımız ekoloji problemləri artıracaq. Amma uzaq perspektivdə bu problemlərin daha yaxşı düzənə oturacağını düşünürəm. Çünki bir neçə ildən sonra yeni texnologiyalar, bərpa olunan günəş, külək və s. enerji növləri, daxili yanma mühərriklərindən enerji ilə işləyən maşınlara keçmə baş tutacaq. Bir neçə ölkə artıq bununla bağlı qərar da verib. Avropa İttifaqı ölkələri 2030-cu ilə qədər tamamilə daxili yanma mühərrikindən imtina edəcəklər. Bütün bunlar orta və uzun dövr ərzində ekoloji problemləri azalda bilər. Amma yaxın gələcəkdə bu sahədə təhlükələr mövcuddur”.

Aysel Aslan