Dünyada hər 40 saniyədən bir intihar halı baş verir
04:42 11.09.2019
Arxiv
525
Dünya Səhiyyə Təşkilatının (DST) hesabatında bildirilir ki, dünyada hər 40 saniyədən bir intihar halı baş verir. Təşkilat əlavə edib ki, ölkələr bu faciələrin qarşısını almaq üçün tədbirlər görməlidir.
"Sherg.az" AZƏRTAC-a istinadən bildirir ki, 2010-2016-cı illər arasında qlobal intihar halları 9,8 faiz artıb. Həyatla vidalaşmağa cəhdlər isə ən çox Amerikada qeydə alınıb. DST-nin baş direktoru Tedros Adhanom Qebreyesus deyib: "Hər bir ölüm ailələr, dostlar və həmkarlar üçün bir faciədir. Biz bütün ölkələri səhiyyə sistemi çərçivəsində intiharların qarşısını almaq istiqamətində əməli tədbirlər görmək istiqamətində strategiyalar və müvafiq tədris proqramları hazırlamağa çağırırıq".
DST qeyd edir ki, hər il intiharlar nəticəsində 800 min insan dünyasını dəyişir. Bu, malyariya, döş xərçəngi, müharibələr və cinayətlər nəticəsində ölənlərin sayından çoxdur. İntihar hallarını "qlobal səhiyyə problemi" adlandıran DST bildirir ki, cəmi 38 ölkə bu faciələrin qarşısını almaq üçün strategiya hazırlayıb. Hesabatda o da vurğulanır ki, Afrika, Avropa və Cənub-Şərqi Asiyada hər 100 min nəfərə 10,5 intihar edən düşür. Qadınların kişilərdən daha çox intihar etdiyi ölkələr isə Banqladeş, Çin, Lesoto, Mərakeş və Myanmadır.
DST-nin hesabatına görə, intiharların 79 faizi orta və aşağı gəlir səviyyəsi olan ölkələrdə baş verir. İnkişaf etmiş ölkələrdə isə həyatla könüllü vidalaşan kişilərin sayı qadınlardan daha çoxdur. "Yol qəzalarından sonra intiharlar 15-29 yaş arasında olan insanların ikinci əsas ölüm səbəbidir", - deyə hesabat müəllifləri qeyd ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual