Dünyanı ayağa qaldıran görüntü: Ana uşağına it yemi verir

Filipində çəkilən bu görüntü şok yaratdı. Qorxunc fotoşəkildə oğulunu lüm-lüt soyunduran ana boynuna taxdığı boyunduruqla yazıq körpəyə it yemi yedizdirir.
 2 və ya 3 yaşındakı balaca bir oğlan boyuna keçirilən boyunduruqla yerlərdə süründürülür. Qan donduran fotoşəkildə açıqca görünür ki, körpə bir kasadan it yemi yeyir. Eynilə bir it rəftarı görən yazıq körpəni bu hala salan da öz anasıdı.(milliyyət. com.tr)
Qorxunc hadisə, İngiltərədə Dublində yaşayan 46 yaşlı Lurleen Hilliardın fotoşəkili Facebookda görməsindən sonra ortaya çıxdı. Bir ictimai yardım təşkilatında çalışan Lurleen Hilliard vəziyyəti ABŞ-dakı səlahiyyətlilərə çatdırdıqdan sonra Filipindəki iş ortaqlarıyla ünsiyyətə keçildi. Körpəsinin bu fotoşəkilini öz Facebook səhifəsində paylaşan ana həbs olundu, körpəsi uşaq evinə verildi.
Qadının uşaq istismarından mühakimə olunması gözlənilir. Ananın körpəsinə bu şəkildə baxmasında heç bir problem olmadığını, Facebook səhifəsinə bu fotoşəkilləri qoymaqdan da əslində olduqca xoşbəxt olduğu ifadə edilir.