Spyros Kapralos mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb
"Dünyanın 145 ölkəsində insanlar Avropa Oyunlarını izləyə bilir.” Bu sözləri "Hilton Baku” otelində Avropa Oyunları ilə gündəlik təşkil edilən mətbuat konfransında "Bakı 2015” üçün Avropa Olimpiya Komitəsinin koordinasiya komisiyasının sədri Spyros Kapralos (Spyros Capralos) bildirib. O, Avropa idman komitələri adindan qeyd edib ki, yarışlar yüksək səviyyədə təşkil olunub: "Hər birimiz fantasik açılışın şahidi olduq. Medallarda Azərbyacan birinci yeri tutduğu üçün bu insanlar arasında yarışlara marağı daha da artırıb. Qeyd edim ki, yayımın keyfiyyəti çox yüksəkdir. Hamı bu yarışları rahat izləyə bilir. Əhəmiyyətli olan məsələ odur ki, dünyanın 145 ölkəsində insanlar Avropa Oyunlarını izləyə bilir. Bu da digər qitə oyunlarından daha çox diqqəti cəlb edə bilib. Bunun səbəbi də insaların Avopa ölkələrində yaşamasıdır. Görülən işlər onu göstərir ki, yarışlar standarltlardan qat- qat üstün təşkil edilib. Burada hər şey düşünülüb. Keyfiyyət, kəmiyyət, qonaqpərvərlik və könüllülərin yuh yüksəkliyi və s.”
"Biz oyunların Avropada yayımlanması səviyyəsindən razıyıq.” Bunu isə I Avropa Oyunları Әməliyyatlar Komitəsinin Әməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib. Onun sözlərinə görə, əvvəlcədən nəzərdə tutulmuş yayımdan da artıq nəticə əldə olunub: "Düzdü, bəzi televiziya kanallarının qərəzli informasıyalarına da rast gəldik. Təbii ki, bu onların daxili işidir. Biz həmin televiziya kanallarının daxili işlərinə qarışa bilmərik. Bu oyunlar Avropa üçün ilkdir və Avropada 50-dən artıq dövlət var. Demək olar ki, bu dövlətlərin əsas televiziya kanallarında yarışlar geniş şəkildə işıqlandırılıb”. Saymon Kleq həmçinin qeyd edib ki, üç günün məlumatına görə, 24 qalib bəlli olub. Yeniliklərdən biri də odur ki, 140 idmançı müsahibə vermək imkanı əldə edib. Növbəti günlərdə böyük sayda yaraşılar keçiriləcək. Qeyd etməliyəm ki, Azərbaycan medal sayına görə bu siyahıda birinci yeri tutr. İki idman növü üzrə yarışlar artıq başa çatıb”. BEGOC baş direktorunun sözlərinə görə, bağlanış mərasiminə 15 min bilet satılıb. Oyunlar üçün nəzərdə tutulan biletlərin isə artıq 75 faizi satılıb. Dünən 23 min 750 tamaşaçı yarışları izləyib. Ümumilikdə 420 min bilet satılb. Bu gün 7 məkanda yarş keçiriləcək gözləntimiz 30 min tamaşaçısıdır”.
"Erməni idmançılar bəzi azərbaycanlıların onlara qarşı münasibətlərindən razıdırlar”. Bakı 2015 Avropa Olimpiya Komitəsinin koordinasiya komisiyasının sədri Spyros Kapralos jurnalistlərin suallarını cavablandırarkən erməni idmançılardan danışıb. O bildirib ki, erməni idmançılar bəzi azərbaycanlıların onlara qarşı münasibətlərindən razıdırlar: "Onlara burada yaxşı davranırlar. Erməni idmançısı özü də müsahibəsində bildirib ki, biz Azərbaycanda bizə göstərilən münasibətlərdən razıyıq”. Spyros Kapralos sonda bildirib ki, oyunlarda rəqabət normal şəraitdə aparılır: "Bunu da idmanın gücü kimi qiymətləndirmək olar”.
Vüqar Şahinoğlu