Dünyanın ən ağıllı insanı: 10-16 YAŞ GƏLƏCƏYİ TƏYİN EDİR

Varlıq və rifah texnologiyadan və elmdən gələcək
Prof. Dr. Michio Kaku dünyanın ən ağıllı insanı kimi tanınır. Uşaqlara texnologiyanı öyrətməyin  lazım olduğunu söyləyən Kaku, internet qadağanlarına qarşıdır. O, bir də 10 yaşa diqqət çəkir. Yazdığı kitabları satış rekordları qıran "dünyanın ən ağıllı insanlarından biri" kimi tanınan fizik və fütürist Prof. Dr. Michio Kaku Türk Təhsil Dərnəyinin (TED) "Türkiyənin Gələcəyinə İnanırıq: Gələcəyi Oxuyuruq" başlığıyla təşkil edilən IV. Beynəlxalq Təhsil Forumundakı natiqlərdən biriydi.
"Hamımız əslində doğuşdan elm insanıyıq, "Nə səbəbə" deyə soruşarıq. Uşaqların gələcəyi 10 yaşında başlayır. Bu yaşda ana – atadan kənar başqa həyatları kəşf edir, maraq başlayır. Amma müddət 16 yaşında dayanır, elmi maraq bitir. 10-16 yaş arasında uşaqlara ilham vermək, model tapmaq, elmi marağını öldürməmək və həyəcanlandırmaq lazımdır ki, bu maraq bütün həyatı boyunca davam etsin."
TƏHSİL SİSTEMİ 1950-ci ildə:
Təhsil sistemi 1950-ci illərdə necə yaşaya biləcəyimizi çox yaxşı öyrədir, amma gələcəkdəki dəyişikliklərə necə uyğunlaşacağımızla bağlı məlumat vermir. Məlumatı hər kəs ala biləcək. Həblər, dərs kitabları qalmayacaq. Google eynəkləri kimi kontakt lenslər olacaq. Şagird bir ‘göz qırpmı' ilə bütün məlumatlara maıik olacaq. Bu da təhsili alt-üst edəcək. Şagird düsturları əzbərləmək məcburiyyətində qalmayacaq. Bütün dərsliklər üç ölçülü olacaq. Əzbər aradan qalxacaq. Buna görə müəllim çox əhəmiyyətli olacaq. Müəllim bələdçilik edəcək, yol göstərəcək, mentor olacaq.
Şagirdin ‘dərsdə yayınma' bəhanəsi olmayacaq. Dərs otağının divarına əks etdiriləcək. Qaçırdığınız dərsdə anlamadıqlarınız olsa, robotmüəllim izah edəcək. Amma gerçək müəllimlərin yerini şagirdləri anlaya bilmədiyi, mentorluq edə bilmədiyi üçün tuta bilməyəcək. Məktəblər həmişə təsnif edər olacaq. Uşaqlar məktəblərdə həm internet, həm də ictimai bacarıqları öyrənirlər. İnternetdən uşaqları məhrum etsəniz sosial olaraq müvəffəqiyyətsiz olar. Həm keçmiş üsulla, yəni digər uşaqlarla birlikdə olub, qısqanclıq, paylaşma, döyüş kimi insani duyğuları ictimailəşərək yaşamalıdır. Həm də ictimai medianı öyrənməlidir.
 UNİVERSİTET DİPLOMU
Gələcəkdə universitet diplomu daha əhəmiyyətli olacaq. Diplomu olmayanların maaşı üçün tavan olacaq və bunu aşa bilməyəcəklər. Varlıq və rifah texnologiyadan və elmdən gələcək.(milliyet) 
ƏN BÖYÜK UNİVERSİTET ICLOUD OLACAQ
Gələcəyin ən böyük universiteti iCloud (bulud) olacaq. İndiki vaxtda belə MIT ya da Stanforddakı dərslərə internetlə çatılır. Amma e-təhsili buraxanların nisbəti yüzdə 90 faizdir. Çünki burada ev tapşırığı, qiymətləndirmə, istiqamətləndirmə, hətta axtarış yoxdur. Onlara bələdçi edəcək kimsə yoxdur. Təhsildə müvəffəqiyyət üçün ünsiyyət, fərdi yanaşma şərtdir. Buna görə müəllimlər həmişə olacaq.