Dünyanın ən yaxşı idman ölkələri siyahısında 33-cü yerdəyik
11:42 15.05.2019
Arxiv
625
"Sport Market Intelligence” dünyanın ən yaxşı idman ölkələrinin və şəhərlərinin siyahısını açıqlayıb.
"Sherg.az"ın məlumatına görə, ev sahibliyi etdiyi yarışların nüfuzu, səviyyəsi və təşkilatçılığına görə müəyyənləşən cədvəldə Azərbaycan da yer alıb.
Belə ki, müxtəlif növlər üzrə möhtəşəm turnirlərin, həmçinin cüdo və velosipedin BMX növü üzrə dünya çempionatlarının keçirildiyi Azərbaycan siyahıya daxil olan 90 ölkə arasında 33-cü yerdədir. Ölkəmizin əmsalı 5,511 xalla dəyərləndirilib. Müqayisə üçün bildirək ki, Ermənistanın düşmədiyi siyahıda Azərbaycan MDB ölkələri arasında 4-cü pillədədir.
Bizi yalnız ümumi siyahıda 5-ci olan Rusiya (32,378), 29-cu pillədə qərar tutan Belarus (6,527) və 30-cu yerdə gedən Qazaxıstan (6,036) qabaqlayır. Azərbaycan Türkiyə, Argentina, Xorvatiya, Serbiya, Ukrayna, Portuqaliya, Rumıniya kimi idman ölkələrini arxada qoyur.
İlk "üçlük”də isə dəyişiklik olub. Ötən il 3-cü olan Çin (40,709) bu dəfə liderliyi ələ alıb. Onları ABŞ (40,619) ilə yanaşı, Yaponiya (39,631) izləyir. Siyahıda 12 pillə geriləyən Türkiyə (3,913) 40-cı yerə enib.
Şəhərlərin siyahısına isə yenə Tokio başçılıq edir. Yaponiyanın paytaxtı 19,867 xala malikdir. İlk "üçlük”də Paris (16,048) və Budapeşt (14,961) yer alıb. Azərbaycan paytaxtı Bakı 5,429 xalla dünyanın 16-cı şəhəridir. Paytaxtımız son cədvəllə müqayisədə 1 pillə geriləsə də, Berlin, Sankt-Peterburq, Barselona, Rotterdam, Sofiya, Praqa, Amsterdam, Astana, Sidney, Las-Veqas, Madrid və bir sıra aparıcı şəhərlərdən öndədir.
Bakı MDB məkanında Moskva, Minsk, Kazan və Soçidən sonra 5-dir. İstanbul isə ümumi siyahıda 318-cidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Türkiyə gəmisinə zərbə endirdi: ölənlər var
23:16 19.07.2026
Dünya
DÇ-2026, final: Argentina-İspaniya - Start heyətlər
22:56 19.07.2026
Futbol
İordaniya İrana nota verdi
22:38 19.07.2026
Dünya
KİV: İranın daxili işlər naziri Pakistana səfər edəcək
22:17 19.07.2026
Dünya
Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
21:57 19.07.2026
Gündəm
Putin Şimali Koreyanın XİN başçısı ilə görüşdü
21:32 19.07.2026
Dünya
"ChatGPT" çökdü
21:11 19.07.2026
Texnologiya
Türkiyədən Yunanıstana etiraz...
20:49 19.07.2026
Gündəm
FHN çimərliyə gedənlərə xəbərdarlıq etdi
18:57 19.07.2026
Ekologiya
Abbas Əraqçi: Hələ Müctəba Xamenei ilə görüşməmişəm
18:05 19.07.2026
Region
BMT-də Azərbaycanın iqlim və şəhərsalma təcrübəsindən danışılıb
17:13 19.07.2026
Siyasət
Türkiyənin müdafiə naziri Şimali Kiprə gəlib
16:14 19.07.2026
Region
Rusiya Xarkova zərbə endirib, 3 nəfər ölüb, 16 yaralı var
15:57 19.07.2026
Dünya
İranın bu hərəkəti vecimə deyil - Tramp
15:38 19.07.2026
Dünya
Mbappe məğlubiyyəti şərh etdi: Deşama görə...
15:01 19.07.2026
Futbol
Xamenei İranda deyil - KİV
14:45 19.07.2026
Region