Son dəqiqə... Heyelan və dərmansa qayalar kəndi uddu, 141 adamdan xəbər alına bilmir!
Çində bir dağ kəndi səhərin erkən saatlarında misli görünməmiş böyüklükdə bir kütlənin altına basdırıldı, yalnız üç insan xilas ola bildi. Beynəlxalq agentliklər faciənin fotolarını yayır, nəhəng torpaq sürüşməsinin çayı tıxayıb, quru yolunu da yox etdiyi bildirilir. (milliyyət. com.tr)
Çin bu səhər bir fəlakətə oyandı. Ölkənin cənub-qərbindəki Sıçuan əyalətində torpaq sürüşməsi bir kəndi uddu.
Xinmo kəndi səhər 06.00 radələrində dağdan qopan nəhəng qayalar və torpaq kütləsinin altına basdırıldı, 46 xananın olduğu kənddəki bütün evlər torpağın altında qaldı.
Yerli media, Tibet bölgəsinə yaxın Maoxian şəhərinə aid kənddə yalnız üç nəfərin xilas olduğu, 141 kəndlidən xəbər alına bilmədiyini eşitdirir. Bir ana, ata və iki aylıq körpələri möcüzəvi şəkildə qayaların arasından sağ çıxıb.
Fəlakətdən xilas olan Qiao Dashuai, hadisədən saniyələr əvvəl iki aylıq körpələrinin ağlaması ilə həyat yoldaşı ilə birlikdə oyandıqlarını söylədi. O anda böyük bir səs-küy eşidən ailənin evdən çölə atılmasıyla möcüzə qurtuluş reallaşıb.
Çin lideri Şi Jinping, xilasetmə qruplarından bütün səylərini sürətləndirməyi istədi, ancaq kənddən inanılmaz şəkillər gəlir. Beynəlxalq agenliklərin dünyaya yaydığı kadrlarda, dağdan dığırlanan qayaların Xinmo kəndiylə birlikdə bir çayı və yolu da udduğunu göstərir.
Səlahiyyətlilər, üç milyon kub metr kütlənin aşağıya doğru sürüşdüyünü təxmin edir.
Rəsmi televiziya, qrupların qaya və torpağı qarışdırdığı görüntülərini ekrana gətirir.
Çin radiosu, bölgədə təsirli olan şiddətli yağmurun fəlakətə gətirib çıxarmış ola biləcəyini qeyd edir. Radioya danışan adını açıqlamaq istəməyən bir araşdırmaçı, bölgədəki anbarın yıxıla biləcəyi xəbərdarlığını edib.
Sıçuandakı son böyük fəlakət, 2008-ci ildə baş verən 8 bal gücündə zəlzələ idi. O zamn zəlzələdə 70 min insan həyatını itirmişdi.