"...düşmən əmin oldu ki, Azərbaycan torpaqlarını azad etməyə tam qadirdir"
16:08 10.07.2018
Arxiv
736
"Ermənistan Azərbaycan ordusunun 100 illiyi ilə bağlı nümayiş olunan silahlardan, burada çıxarılan texnikadan narahat olub”.
Bunu "Sherg.az”a Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin Azərbaycan ordusunun gücü haqqında səsləndirdiyi fikirləri dəyərləndirərkən ehtiyatda olan polkovnik Cəlil Xəlilov söyləyib.
O bildirib ki, ermənilər bu hərbi paradda Azərbaycan ordusunun hansı gücə malik olduğunu gördülər:
"Çünki hərbi paradda dünyanın müasir ordularında yer alan silahlar, hərbi texnika nümayiş olundu. Bu paradda düşmən bir daha əmin oldu ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə tam qadirdir.
Məlum iclasda Prezident xüsusi vurğuladı ki, paradda Azərbaycan Ordusu nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. Bütün texniki imkanları, müasir silahları, şəxsi heyətin peşəkarlığını və hazırlığını götürsək, həqiqətən, Azərbaycan ordusu torpaqlarını işğaldan azad etməyə tam qadirdir. Təlimlərin, paradların keçirilməsi isə düşmənə mənəvi psixoloji cəhətdən çox təsir edir” .
C.Xəlilov onu da vurğulayıb ki, Ermənistan rəhbərliyi keçmişdə də, indi də öz xalqına sadəcə xəyanət edib:
"25 ildir, hakimiyyət erməni xalqını bir növ əsarətdə saxlayır. Qonşu dövlətlərlə əlaqə tam kəsilib, ölkədə inkişafa imkan verilmir. Çünki öz xalqını istəyən hakimiyyət isə bunu etməməlidir.
Prezident İlham Əliyev iclasda çıxışı zamanı düşmənə mesaj ünvanladı ki, Ermənistanın inkişafı yalnız Azərbaycan torpaqlarının işğaldan azad olunmasından keçir. Düşmən isə iddialarından, işğalçılıq ideyasından hələ də əl çəkmir. Halbuki erməni rəhbərliyi xalqının iqtisadi, sosial durumunun yaxşılaşmasını, ölkənin nüfuz qazanmasını istəyirsə, qoşunları Azərbaycan torpaqlarından çıxarmalıdır. Artıq münaqişənin həllinin vaxtı çatıb”.
Qeyd edək ki, iclasda çıxış edən Prezident İlham Əliyev Azərbaycan ordusunun aparıcı ordular sırasında olduğunu xüsusi vurğulayıb. Ölkə başçısı diqqətə çatdırıb ki, iyunun 26-sı keçirilən hərbi paradda Azərbaycan Ordusu nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirmişdir:
"Ermənilərin beynəlxalq təşkilatlara müraciəti öz məğlubiyyətlərinin etirafıdır”.
Ölkə başçısı işğalçı Ermənistana mesajlarını da ünvanlayıb:
"Əgər səndə güclü ordu varsa, niyə beynəlxalq təşkilatlardan yardım istəyirsən? Sən bu torpaqları xarici dövlətlərin dəstəyi ilə işğal etmisən. Torpaqlarımızdan çıx, onda rahat yaşaya bilərsən”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
14:42 04.11.2026
Aktual
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
14:21 04.11.2026
Region
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat