“Məmurların ədalətsizliyinə qarşı müxtəlif etiraz formaları var. Zənnimcə, burada başlıca amil məmura qarşı nifrət yox, xalqa, vətənə sədaqətdir”
“Düşmənin qapısına getmək bağışlanmazdır”
21:14 29.02.2016
Arxiv
1047
Aydın Mirzəzadə: “Uşaqlar istisna olmaqla həmin şəxslərin hər biri qanun qarşısında cavab verməlidir”
“Məmurların ədalətsizliyinə qarşı müxtəlif etiraz formaları var. Zənnimcə, burada başlıca amil məmura qarşı nifrət yox, xalqa, vətənə sədaqətdir”
“Məmurların ədalətsizliyinə qarşı müxtəlif etiraz formaları var. Zənnimcə, burada başlıca amil məmura qarşı nifrət yox, xalqa, vətənə sədaqətdir”
Bir neçə gün əvvəl Qəbələnin Kötüklü kəndinin 25 nəfər sakininin ağ bayraqla Ağdam ərazisindən Ermənistana keçərkən saxlanılması cəmiyyətdə ciddi rezonans doğurub. Qəbələ sakinlərinin düşmən ölkəyə keçmək cəhdləri heç də ictimaiyyətdə birmənalı qarşılanmayıb. Onların ünvanına sərt tənqidlər var.
Bunun fonunda Nəbiyevlər ailəsinin etdiyi haqsızlıqlara görə sakinlərə haqq qazandıranlar, eyni zamanda hadisədə təxribat izi axtaranlar da yox deyil. Hazırda sakinlərin taleyinin necə olacağı sual doğuran məsələlərdəndir.
Qeyd edək ki, Ağdam polisi tərəfindən saxlanılan sakinlər Nəbiyevlər ailəsinin zülmünə görə belə addım atdıqlarını bildiriblər: "Nəbiyevlər uşaqlarımızı şərləyib tuturlar. "Azərişıq”ın Bakı üzrə nümayəndəsi Qara Nəbiyev, kəndin icra nümayəndəsi İkram Nəbiyev Qəbələ rayonunu ələ alıblar. Onlar bizi yaşamağa qoymurlar. Kiminsə evinə, maşınına narkotik atıb tutdururlar. Bundan bezib Ermənistan tərəfə keçmək istədik. Özümüzü erməni gülləsinin qarşısına verib canımızı Nəbiyevlərin zülmündən xilas etmək istəyirdik”.
Heç kim ermənilər tərəfə keçmək istəməyib?
Qəbələ rayon icra başçısının I müavini Abil Ağasəfərov bu haqda yayılan məlumatların tamamilə yanlış olduğunu deyib. Onun sözlərinə görə, Qəbələdən olan 25 nəfərin Ağdama gedərək, ermənilər tərəfə keçməsi xəbəri həqiqəti əks etdirmir: "Bu, səhv məlumatdır. Heç bir qəbələli təmas xəttini keçmək istəməyib. İstəsəniz, həmin kəndin vətəndaşları ilə də əlaqə saxlaya bilərsiniz”.
Qəbələ rayon icra başçısının I müavini Abil Ağasəfərov bir qrup Qəbələ sakininin Ermənistana keçmək istəklərini təkzib etsə də, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov faktı təsdiqləyib:
"Fevralın 27-də Qəbələnin, aralarında azyaşlıların da olduğu 25 sakini Ağdamın Mirbəşirli kəndinə gəliblər və məhkəmənin hökmü ilə məhkum olunmuş qohumlarının azadlığa buraxılmayacağı təqdirdə təmas xəttini keçəcəklərini bildiriblər. Həmin vətəndaşlar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıblar”.
E.Zahidov deyib ki, polis bölməsində 25 sakinin izahatı alınıb: "Rayon Polis Şöbəsində onların hər birindən izahat alınıb, söhbət aparılıb. Şəxslər dərhal gəldikləri Qəbələ rayonuna yola salınıblar. Hazırda araşdırma aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə hesab edir ki, bir ailənin guya onlara edilən haqsızlıq səbəbindən qoşunların təmas xəttində düşmən tərəfə keçmək istəməsi xainlik, Vətəni satmaqdır: "Bu hadisəyə münasibətim yüksək dərəcədə mənfidir. Heç nə bir insana şəxsi maraqlarını Azərbaycanın maraqlarından, Vətən sevgisindən üstün tutmağa rəvac vermir. Bu, bir azərbaycanlını ermənilərin ayağına aparmaq üçün obyektiv səbəb sayıla bilməz. 25 nəfərin pənah apardığı həmin ermənilərdir ki, Xocalı soyqırımını törədib, minlərlə insanı öz evində öldürüb, 20 faiz torpaqlarımızı işğal edib və günü bu gün də bizim qanımıza susayıb. Hansısa bir şəxsi problemin həll olunmaması heç bir halda düşmənin qarşısında aciz qalmağa, diz çökməyə səbəb ola bilməz. Məmurların ədalətsizliyinə qarşı müxtəlif etiraz formaları var. Zənnimcə, burada başlıca amil məmura qarşı nifrət yox, xalqa, vətənə sədaqətdir”.
A.Mirzəzadə araşdırma olmadan bu məsələlərə qiymət verməyin bir qədər çətin olduğunu deyib: "Bir tərəfdən onların problemləri araşdırılmalı, dediklərinin nə dərəcədə həqiqət olduğu araşdırılmalıdır. Digər tərəfdən isə düşmən tərəfinə keçmək istədiklərinə görə, uşaqlar istisna olmaqla həmin şəxslərin hər biri qanun qarşısında cavab verməlidir. Çünki torpağımı zəbt edən, minlərlə şəhid verməyimizə səbəb olan düşmənin qapısına getmək bağışlanılmazdır. Bu adamlar hər şeydən əvvəl torpaq uğrunda öz canından keçib, şəhid olan yüzlərlə Qəbələ gənclərinin ruhuna hörmətsizlik etməməli idilər”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə