Əbülfəs Qarayev: "Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun qurulumasına mühüm töhfə verir"
11:13 02.05.2019
Arxiv
680
Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun qurulumasına mühüm töhfə verir. Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin görüşü zaman deyib.
Ə.Qarayev bildirib ki, Azərbaycanın qlobal əhəmiyyət kəsb edən beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bir ənənə halına çevrilib. Nazirin sözlərinə görə, Azərbaycanın bu fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir:
"BMT-nin Baş katibi bizim bu forumu mədəniyyətlərarası dialoq üçün mühüm platforma adlandırıb. Bundan əvvəl Bakıda keçirilən son 4 forum da dinlərin rolu, dayanıqlı inkişaf, təhlükəsizlik kimi mühüm mövzuları əhatə edib”.
Ə.Qarayev vurğulayıb ki, mədəniyyətlərarası dialoq Şərqlə Qərb, Şimalla Cənub arasında əlaqələrin qurulmasına mühüm töhfə verir:
"Azərbaycan bundan sonra da mədəniyyətlərarası dialoqa töhfə verməkdə davam edəcək”.
Qeyd edək ki, mayın 2-də Heydər Əliyev Mərkəzində "Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.
İki gün davam edəcək Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak edirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm