Edam edildilər: Qurbanlarını canlı - canlı torpağa basdırıblar

Biri qadın olmaqla üç əmlakçı, evlərini ələ keçərmək istədikləri insanlara inanılmaz bir tələ qurdu. "Şeytan üçlü” əvvəlcə əyyaş və tək yaşayan qurbanları təyin edib. Dəstə, onlara yeni ev verməyi təklif edib. 
Qurbanlara yeni və böyük evlərini göstəriblər, qarşılığında köhnə evlərini təhvil verəcək imzanı alıblar. Razılaşmadan sonra sıra "xoş günü” qeyd etmək hissəsinə gəlib. Yeyib-içmək zamanı spirtin içinə "Clonidine” qarışdırıb ev sahiblərinə içirdiblər. Yuxulayan qurbanları daha qorxunc bir son gözləyirdi. Hamısını tək-tək və canlı - canlı torpağa basdırıblar.  Belarusdakı qatillər tutulduğu zaman boş bir məzar növbəti qurbanını gözləyirdi. 37 yaşlı Iqor Qerşankovla 32 yaşlı Semyon Bereznov edama məhkum edilib. Iqorun arvadı Tatiana isə qadınların edama məhkum edilmədiyi üçün 24 il həbs cəzası alıb. Qerşankov və Bereznov paytaxt Minskdə edam edilən zaman ailələrinə xəbər verilməyib.