Əflatun Amaşov Brüsseldə “Xocalıya ədalət” mitinqində iştirak edib
14:06 24.02.2017
Arxiv
562
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Brüsseldə, Avropa Birliyi siyasətinin planlaşdırıcısı və koordinatoru olan Avropa Komissiyasının qərargahı önündə "Xocalıya ədalət” şüarı altında keçirilmiş mitinqdə iştirak edib.
Lent.az-ın məlumatına görə, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə təşkil etdikləri mitinqdə Ə. Amaşov bildirib ki, azərbaycanlılar iki əsrdən artıqdır erməni separatçılarının etnik təmizləmə və soyqırımı siyasətinə məruz qalırlar. Ermənistanın XX əsrdə reallaşdırdığı siyasət də məhz buna hesablanıb.
"Xocalıda 613 dinc sakin qətlə yetirilib. 1200-dən şəxs amansız işgəncələrə məruz qaldı. 155 nəfərin taleyinə hələ də aydınlıq gəlməyib. Meyitlərin təhqir olunması erməni vandallarının insanlığa sığmayan vəhşiliyinin göstəricisi idi. Ancaq təəssüf ki, 25 ildir bütün bunlara layiqli qiymət verilmir. Halbuki Xocalı soyqırımı "Genosid cinayətlərinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada göstərilən müddəalara tam uyğundur. Konvensiyada göstərilir ki, genosid siyasətini törətmiş şəxslərin mühakiməsi və cəzalandırılması qaçılmazdır. Biz bu gün bunu tələb edirik”, - deyə Ə. Amaşov vurğulayıb. Həmçinin Xocalı faciəsinin dünya mediasının gündəminə çatdırılması sahəsindəki işlərin daha da intensivləşdirilməsinin vacibliyini önə çəkib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev çıxışında Azərbaycan dövlətinin Xocalı faciəsinin tanıdılması istiqamətində apardığı məqsədyönlü və ardıcıl işlərdən söz açıb. O bildirib ki, Ermənistanın Azərbaycana qarşı soyqırımı və terror siyasətinin mahiyyətinin dünya birliyinə çatdırılması ölkəmizin xarici siyasətində mühüm vəzifə kimi müəyyənləşdirilib.
MŞ İdarə Heyətinin üzvü, ATXƏM-in sədri İlham İsmayıl çıxışında bildirib ki, dünya Xocalı həqiqətləri barədə müfəssəl məlumata malik olmalıdır. Dünya anlamalıdır ki, XX əsrdə törədilmiş bu dəhşətə laqeyd münasibət, günahkarların cəzasız qalması ümumən bəşəriyyət üçün böyük təhdidlərə yol açan mənzərə formalaşdırır.
"Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli çıxışında Xocalı soyqırımının beynəlxalq hüquq tərəfindən soyqırımı cinayəti aktı kimi tanınmasının yetərincə hüquqi əsaslarının olduğunu diqqətə çatdırıb. Mövcud istiqamətdə Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərin faydalı nəticələr verdiyini deyən E. Mirzəbəyli müxtəlif diaspor və lobbi təşkilatlarımızın, ictimai biliklərimizin prosesə dəstək anlamında reallaşdırdığı tədbirlərin də vacibliyini qabardıb.
Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi ermənilərin son yüz il ərzində Azərbaycan torpaqlarında etnik təmizləmə siyasəti yürüdərək, bir neçə dəfə soyqırım aktlarını törətdiklərini qeyd edib.
Mitinqdə Azərbaycan və Türk diaspora təşkilatlarının nümayəndələri, tələbələr və yerli sakinlərin iştirak ediblər. ATXƏM-in icra katibi, "Birlik” jurnalının baş redaktoru İlqar İlkin, Türk Gent ocağı qurucu başqanı Recep Tuncer Sarı, Hollandiya Azərbaycan Evinin rəhbəri İlhan Aşkın və başqaları Xocalı soyqırımının dünyaya tanıdılmasını yönələn tədbirlərin mütəşəkkilliyinin faydalı cəhətlərinə diqqət çəkiblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda həbs dalğaları gözlənilir: Sensasion adlar...
15:19 26.12.2025
Maraqlı
İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlılarına zərbələr endirdi
15:11 26.12.2025
Dünya
Kaladze: Heç kəsi bağışlamayacağıq
15:04 26.12.2025
Cənubi Qafqaz
Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
14:56 26.12.2025
Hadisə
60 min quzu dünyaya gəldi
14:49 26.12.2025
İqtisadiyyat
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib
14:46 26.12.2025
Hadisə
Bəşər Əsəd Şaraanı devirmək üçün 160 minlik ordu qurdu
14:29 26.12.2025
Dünya
Zelenskinin Noel arzusu: “Putin yox olsun”
13:55 26.12.2025
Dünya
Sahibsiz heyvanlar səbəbindən dəmir yollarında 54 hadisə baş verib
13:44 26.12.2025
Hadisə
İnsanın klonu patent obyekt kimi qəbul edilməyəcək
13:23 26.12.2025
Dünya
Patent sahiblərinə yeni hüquq verilir
13:17 26.12.2025
Siyasət
Paşinyandan Türkiyəyə açıq mesaj: “Böyük oynamalıyıq”
13:09 26.12.2025
Gündəm
Onlara sosial şəbəkələrdə hesab açmaq qadağan olunsun
13:08 26.12.2025
Sosial