Əfqan Muxtarlı barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçildi




Jurnalist Əfqan Muxtarlı barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Lent.az-ın məlumatına görə, bu barədə Səbail rayon Məhkəməsi qərar çıxarıb.
**
16:57
Jurnalist Əfqan Muxtarlı barəsində daha bir maddə ilə cinayət işi başladılıb. Lent.az-ın məlumatına görə, bu gün məlum olub ki, Ə.Muxtarlıya Cinayət Məcəlləsinin 315-ci maddəsi (Maddə 315.: Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə iş başladılıb. Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.
**
11:59
Baş Prokurorluq Əfqan Muxtarlının saxlanılmasına aydınlıq gətirib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, Ə. Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə. Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə. Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.
Hazırda başlanmış cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.