Əfqanıstanda “Taliban”ın hücumu nəticəsində 20 nəfər ölüb, 23-ü yaralanıb





Əfqanıstanda "Taliban”ın hücumu nəticəsində 20 nəfər asayiş keşikçisi ölüb, 23-ü yaralanıb.

"Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə ölkənin şimalındakı Səyyad qəzasında qeydə alınıb.

Sar-i Pul əyaləti valiliyinin sözçüsü Zəbihullah Amani taliblərin üç istiqamətdən hücum təşkil etdiklərini bildirib.

O, "Taliban” yaraqlılarının da hücum zamanı itki verdiyini deyib.