Əhməd Şahidov Polşada Azərbaycandakı seçkilərdən danışıb
07:18 30.03.2018
Arxiv
998
Hüquq müdafiəçisi Varşava şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu ziyarət edib
Avropada işgüzar səfərdə olan Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov Varşava şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu ziyarət edib.
Polşadan "Şərq”ə danışan Ə.Şahidov bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunda Azərbaycandakı 11 aprel prezident seçkiləri barəsində geniş müzakirələr aparılıb. Təşkilat rəhbəri bəyan edib ki, görüş ATƏT-in Seçkilər Departamentinin rəhbəri Aleksandr Şlyuk, Omer Fişer və qurumun seçkilər üzrə məsləhətçisi, Azərbaycan üzrə kurator Radivoje Qrujic arasında baş tutub. Görüşdə Polşadakı Azərbaycan diasporasının rəhbəri Cavid Zeynalov da iştirak edib.
Hüquq müdafiəçisi Əhməd Şahidov 11 aprel tarixində Azərbaycanda keçiriləcək prezident seçkiləri barəsində görüş iştirakçılarına ətraflı məlumat verib. Həmçinin, ölkəmizdə seçki öncəsi vəziyyəti xarakterizə edib. Eyni zamanda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunda Azərbaycanda seçkiləri müşahidə missiyasının önəmi barədə söz açıb.
Qurumun Seçkilər Departamentinin rəhbəri Aleksandr Şlyuk Azərbaycanda keçiriləcək Prezident seçkilərinə böyük maraq olduğunu bildirib. Şlyuk Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Müşahidə Missiyasının Azərbaycandakı fəaliyyəti barədə geniş məlumat verib. Seçki öncəsi durum, seçki günü səsvermə prosesi və seçki sonrası vəziyyəti tam xarakterizə edəcək hesabatlar yayımlanacağını deyən qurum rəsmiləri 11 aprel seçkilərinin azad və şəffaf keçəcəyinə əmin olduqlarını ifadə ediblər.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm
1875-dən 2026-ya uzanan yol: Zərdabinin çırağı hələ də yanır
17:32 22.07.2026
Media
Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama
17:15 22.07.2026
Dünya