Ehtiyacı olanlar taleyin ümidinə buraxılmayıb
11:03 22.12.2018
Arxiv
683
Aztəminatlı ailələrə göstərilən yardım ölkəmizdə fasiləsiz həyata keçirilən sosial müdafiə tədbirlərindəndir
Əhalinin aztəminatlı hissəsi hər zaman ölkə başçısının sosial siyasətində diqqət mərkəzində olub. Prezidentin "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” sərəncamı aztəminatlı ailələrin maddi rifahının yüksəldilməsinə xidmət edir.
Ölkə başçısının imzaladığı sərəncam onun xalqımıza göstərdiyi diqqət və qayğının nümunəsidir. Aztəminatlı ailələrə edilən yardım ictimaiyyət üzvləri tərəfindən də böyük rəğbətlə qarşılanıb.
Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, Prezidentin Sərəncamı yürüdülən məqsədyönlü sosial siyasətin tərkib hissəsidir.
Deputat qeyd edib ki, ölkəmizdə əmək pensiyaları və sosial müavinətlər getdikcə artırılır, əlillərin, şəhid ailələrinin maddi rifahının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülür: "Bu Sərəncam bir daha təsdiq etdi ki, Azərbaycanda əhalinin sosial rifahının daha da yüksəldilməsi dövlət siyasətinin başlıca istiqamətlərindən biridir. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən həyata keçirilən sosial müdafiə tədbirləri, həmçinin sığorta-pensiya sisteminin davamlı inkişafı sosial təminat sisteminin mühüm komponenti olan təqaüdlərin cari ildə də mütəmadi artımına imkan verib. Dövlət başçısı əhaliyə, xüsusilə sosial cəhətdən həssas qruplara sosial xidmətlərin göstərilməsi zamanı vətəndaş məmnunluğunu daim diqqət mərkəzində saxlayır. "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncam dövlətin məqsədyönlü və səmərəli sosial siyasətinin daha bir təzahürüdür”.
"Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevin sözlərinə görə, aztəminatlı ailələrə göstərilən yardım ölkəmizdə fasiləsiz həyata keçirilən sosial müdafiə tədbirlərindəndir.
O bildirib ki, Azərbaycan sosial siyasətində dərin məzmunlu və çox istiqamətli fəaliyyət göstərməsi ilə dünya ölkələrindən fərqlənir:
"Prezidentin "Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” Sərəncamı həssas təbəqədən olan əhaliyə diqqət və qayğısının əyani sübutudur. Ölkə başçısı köməyə ehtiyacı olan insanları taleyin ixtiyarına buraxmır, zamanında öz dəstəyini göstərir. Ölkəmizdə ehtiyacı olan şəxslərə ünvanlı sosial yardımın verilməsi kimi geniş müdafiə tədbirləri görülür.
Cənab prezidentin atdığı sonuncu addım da əhalinin həssas təbəqəsinin, yəni aztəminatlı ailələrin sosial müdafiəsini gücləndirmək, maddi rifahını yaxşılaşdırmaq məqsədi güdür.
Azərbaycanda əhalinin qayğıya ehtiyacı olan təbəqələrinin müxtəlif formalarda sosial müdafiəsi fasiləsiz bir prosesdir. Ölkəmizin bu yöndə fəaliyyəti həqiqətən də dünya ölkələrinin fəaliyyətindən fərqlənir.
Aztəminatlı ailələrə birdəfəlik yardımın edilməsi onsuz da vəziyyəti həssas olan ailələrə dövlətin köməyidir. Bu istiqamətdə atılan addımlar ilk növbədə humanist xarakterilə seçilir, digər tərəfdən ölkədə müxtəlif təbəqədən olan insanlar arasında ədalətli bölgü prinsiplərinin qurulmasına xidmət edir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Cəlilabadda 19 yaşlı gənc suda boğulub
18:51 28.05.2026
Hadisə
Əli Baqeri: Amerikalılara etibar etmək olmaz
18:42 28.05.2026
Region
Avropa Komissiyası "Temu"nu cərimələdi
18:33 28.05.2026
Cəmiyyət
Cəlilabadda canavarlar təsərrüfata hücum edib
17:36 28.05.2026
Hadisə
Türkiyənin Qara dəniz sahillərində 3 tankerə dron hücumu olub
17:24 28.05.2026
Dünya
Pakistan XİN rəhbəri ABŞ-yə səfər edəcək
17:17 28.05.2026
Dünya
Çin və ABŞ arasında 30 milyard dollarlıq razılaşma
16:50 28.05.2026
Dünya
Zaxarova: İrəvan Rusiya əleyhinə kampaniyanı alqışlayır
16:42 28.05.2026
Region
İsrail Müdafiə Ordusu Livana zərbə endirdiyini bildirib
16:33 28.05.2026
Dünya
Bakıda və bölgələrdə külək güclənəcək
16:25 28.05.2026
Ekologiya
Neymar Braziliya millisinin məşqini buraxıb
16:16 28.05.2026
Futbol
SEPAH: Son sutkada Hörmüz boğazından 26 gəmi keçib
16:08 28.05.2026
Region
“Sabah” kapitanı ilə vidalaşdı
15:59 28.05.2026
Futbol
Sabah gecədən intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
15:50 28.05.2026
Ekologiya
Peter Pelleqrini İlham Əliyevi təbrik edib
15:20 28.05.2026
Rəsmi
İlham Əliyev: Müstəqillik böyük nemətdir, böyük nailiyyətdir
15:07 28.05.2026
Rəsmi