Ekspertdən sensasion açıqlama: "Münaqişənin hərbi variantdan başqa həll yolu mümkün deyil”
14:39 24.02.2017
Arxiv
2332
"Münaqişənin həllində hərbi variantdan başqa yol mümkün deyil”.
Bunu Sherg.az-a Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun "Təəssüf ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı görüşlərə optimist yanaşmıram” fikrini şərh edərkən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.
O bildirib ki, E.Məmmədyarovun bu açıqlaması erməni nazir Eduard Nalbandyanın yalan məlumatları, danışıqlardan yayınması ilə əlaqədardır:
"Mənə elə gəlir ki, E.Nalbandyanı 1-2 gün danışmağa məcbur etsək, o öləcək. O, yalan danışmadan dayana bilmir. Azərbaycan XİN rəhbəri düzgün deyir ki, münaqişə bir gün ərzində həll olunmayacaq. Azərbaycanın mövqeyi hər kəsə aydındır. Biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq. Amma ən böyük faciə Rusiyanın mövqeyidir. Rəsmi Moskvanın Ermənistanı müdafiə etməsindən söhbət getmir. Rusiya əslində yeri gələndə Azərbaycanı onlardan daha çox müdafiə edir. Amma yaxşı olardı ki, Rusiya özünün əsl mövqeyini müdafiə etsin. Sankt- Peterburq görüşündə V. Putin dedi ki, yaxın vaxtlarda yenidən görüş təşkil olunacaq, artıq bir çox məsələlər razılaşdırılıb. Razılaşdırılmayanlar isə yaxın zamanlarda baş tutacaq görüşdə razılaşdıracağıq. Buna baxmayaraq onun işlətdiyi " yaxın zamanda” ifadəsinə uyğun heç bir təşəbbüs göstərilmədi. Ermənistanı danışıqlar masasına oturtmaq üçün belə tədbir görmədilər. Bütün beynəlxalq ictimaiyyət bilir ki, danışıqlar masasından yayınan Ermənistandır, Azərbaycan isə nəticəsi olacaq danışıqlara hər zaman hazırdır”.
Qeyd edək ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ məsələsi ilə bağlı görüşlərə optimist yanaşmadığını söyləyib. O bildirib ki, müsbət bir şeyin müdafiəsi üçün Ermənistan XİN rəhbəri çıxışlarında yer qoymur.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda həbs dalğaları gözlənilir: Sensasion adlar...
15:19 26.12.2025
Maraqlı
İsrail ordusu "Hizbullah"ın xüsusi təyinatlılarına zərbələr endirdi
15:11 26.12.2025
Dünya
Kaladze: Heç kəsi bağışlamayacağıq
15:04 26.12.2025
Cənubi Qafqaz
Ruslan Eyyubov həbslə bağlı şikayətini geri götürüb
14:56 26.12.2025
Hadisə
60 min quzu dünyaya gəldi
14:49 26.12.2025
İqtisadiyyat
Məhkəmə hakiminin fəaliyyətinə xitam verilib
14:46 26.12.2025
Hadisə
Bəşər Əsəd Şaraanı devirmək üçün 160 minlik ordu qurdu
14:29 26.12.2025
Dünya
Zelenskinin Noel arzusu: “Putin yox olsun”
13:55 26.12.2025
Dünya
Sahibsiz heyvanlar səbəbindən dəmir yollarında 54 hadisə baş verib
13:44 26.12.2025
Hadisə
İnsanın klonu patent obyekt kimi qəbul edilməyəcək
13:23 26.12.2025
Dünya
Patent sahiblərinə yeni hüquq verilir
13:17 26.12.2025
Siyasət
Paşinyandan Türkiyəyə açıq mesaj: “Böyük oynamalıyıq”
13:09 26.12.2025
Gündəm
Onlara sosial şəbəkələrdə hesab açmaq qadağan olunsun
13:08 26.12.2025
Sosial
ABŞ sanksiyaları qəsdən Avropa məmurlarına şamil etmədi - KİV
12:52 26.12.2025
Gündəm