Elektrikin kəsilməsi artıq Bakı metrosuna təsir etməyəcək
05:25 13.09.2019
Arxiv
458
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti metro stansiyasının alternativ enerji ilə təmin edilməsi üçün yaratdığı dizel elektrik stansiyalarında tamamlanma işləri görülür.
"Sherg.az" xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Hidayət Məmmədov deyib.
Onun sözlərinə görə, artıq bununla bağlı "Azərişıq" ASC-nin 10 yarımstansiyasında 12 ədəd 2.5 MVt, 4 ədəd 2 MVt və 1 ədəd 1 MVt gücündə dizel-generator quraşdırılıb: "Generatorlar "Rolls-Royse Power Systems AG-nin MTU" GmbH şirkətindən alınıb. Artıq stansiyalar demək olar ki, istifadəyə tam hazırdır. Generatorların sazlanması işləri də yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda stansiyalar mərkəzləşdirilmiş idarəetməyə qoşulacaq və istifadəyə veriləcək. Deyə bilərəm ki, artıq baş verə biləcək fövqəladə hallarda elektrik enerjisi ilə bağlı "Bakı Metropoliteni" QSC-də heç bir problem yaranmayacaq. Əgər belə bir hadiisə baş verərsə, həmin dizel stansiyaları avtomatik olaraq qoşulacaq".
H.Məmmədov bildirib ki, hazırda iki stansiyası istismarda olan Bənövşəyi xəttin 3-cü stansiyası (B-3) ilə yanaşı, tikinti ərazisində gücü 16 MVA olan dizel-generator stansiyası inşa edilir. Bu dizel-generator stansiyası qatarların tunellərdən stansiyaya çıxarılmasını, stansiya, tunel və vaqonların işıqlandırılmasını, ventilyatorların, eskalator, lift və travolatorların, suxaric qurğularının, ümumiyyətlə, yeni xəttin ilk 3 stansiyasının infrastrukturunu tələb olunan enerji ilə təmin edəcək.
"Layihəyə uyğun olaraq, bu xətt üzrə inşa olunacaq 12 stansiyanı qidalandıran 35 kV-luq iki yarımstansiyada qurulacaq dizel-generator stansiyalar xəttin elektrik təchizatı ilə bağlı hər bir fövqəladə ehtiyaclarını təmin edəcək. Gələcəkdə tikiləcək bütün yeni xətlər də, eyni qayda ilə ehtiyat enerji qida mənbələri ilə təchiz olunacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Melaniya Trampı təltif etdi
13:48 04.11.2026
Dünya
Tramp üçün "topal ördək" mərhələsi başlaya bilər -ŞƏRH
13:42 04.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlanıb
13:14 04.11.2026
Aktual
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə