Elektromobillər adi avtomobillərdən DAHA UCUZ OLACAQ
15:33 02.05.2019
Arxiv
721
Hazırda elektromobilləri əksər hallarda yalnız yüksək təminatlı şəxslər ala bilirlər.
Lent.az technote-a istinadla xəbər verir ki, 3 ildən sonra bu vəziyyət dəyişə bilər.
10 il bundan öncə heç kim elektrikləşdirilmiş nəqliyyat növünün bu cür məşhurlaşacağına inanmırdı. 2010-cu ildə bütün dünya üzrə ümumilikdə təqribi olaraq 12500 ədəd elektromobil modeli var idi.
2018-ci ildə isə bütün dünya üzrə 2 milyondan çox elektromobil modeli satılmışdı. Bu isə ümumi avtomobil bazarının 2%-ni təşkil edir. Məlumata əsasən, hal hazırda yollarda elektromühərriklərə sahib 5 milyon ədəd avtomobil modeli var.
Bu cür yüksəlişinn əsas səbəbi elektromobil qiymətlərinin mütəmadi aşağı düşməsi, batareya həcmləri və Tesla şirkətinin uğuru oldu. Bu isə öz növbəsində məşhur avtomobil şirkətlərinin direktorlarının öz prioritetlərini dəyişməsinə və onların elektromobillərə milyardlarla dollar investisiya yatırmalarına səbəb olur. Lakin buna baxmayaraq bu avtomobillər öz qiymətləri, qətt etdikləri yol və şarj olunduqları zaman baxımından daxili yanacaq mühərrikli standart avtomobillərə uduzurlar.
Son iki göstərici artıq indiki zamanda mübahisəlidir. Belə ki, elektromobillərin qətt etdikləri yollar yüzlərlə kilometr ilə ölçülür və orta səviyyəli avtomoilin gündəlik tələblərini üstələyirlər. İndiki halda əsas məsələ elektromobillərin qiymətlərindədir.
2 il bundan öncə düşünülürdü ki, daxili yanacaq mühərrikli avtomobillərin ölçüləri ilə eyni olan elektromobil modellərinin qiymətləri 2026-cı ildə aşağı düşəcək. Keçən il bu müddət 2024-cü ilə dəyişildi. Bu ilin əvvəlində olan tendensiyaların analizi ümid etməyə imkan verir ki, qiymətlər 2022-ci ildə aşağı düşəcək.
Söhbət, təkcə Avropa Birliyi ölkələrindən gedir. Bu ilk növbədə litium-ion batareyalarının qiymətlərinin aşağı düşməsi nəticəsində baş verəcək. Əgər bir neçə il bundan öncə bu cür batareyanın qiyməti avtomobil qiymətinin yarısına bərabər idisə, indiki gündə bu qiymət göstəricisi 33% təşkil edir. 2050-ci ilə kimi isə qiymət göstəricisi 20% təşkil edəcək. Bu tendensiya elektromobil modellərinin genişləndirilməsinə imkan verəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm