Eləsi var ancaq gecələməyə yer axtarır
20:52 16.09.2016
Arxiv
658
“Avropalı turistləri Azərbaycana cəlb etmək istəyiriksə, 2-3 ulduzlu otellərin sayını artırmalıyıq”
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu il Azərbaycana gələn turistlərin sayında kifayət qədər artım müşahidə olunduğunu deyib. Viza rejiminin sadələşdirilməsi, qonaqpərvərlik sahəsində aparılan işlərin müsbət nəticə verdiyini vurğulayan nazir hazırda otellərdə yerlərin məhdud olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycana gələn insanlar otellərdə çox vaxt yer tapa bilmirlər: UBu, stimuldur. Növbəti mərhələdə yeni otellərin tikilməsi nəzərdə tutulur.
Turizm üzrə ekspert Elxan Vəliyev isə "Şərq”ə açıqlamasında deyib ki, avropalı turistləri Azərbaycana cəlb etmək istəyiriksə, 2-3 ulduzlu otellərin sayını artırmalıyıq. Ekspertin sözlərinə görə, dünya ölkələrində turizm biznesinin əsas dayağı məhz ucuz otellərin və mehmanxanaların çox olmasıdır. Bu obyektlər həm daxili turistlərin, həm də xarici qonaqların axınını təmin edir: "Avropa ölkələrində iri otellərlə yanaşı, çoxlu sayda kiçik mehmanxanalar fəaliyyət göstərir. Böyük otellərin içində həm gecələmək yeri, həm restoranlar, həm də kazinolar var. Bu cür çoxşaxəli otelləri tikmək isə böyük vəsait tələb edir. İndiki halda 2-3 ulduzlu otellərin, mehmanxanaların tikilməsinin daha effektiv olacağını düşünürəm. Bakı şəhərində 2 və 3 ulduzlu otellərə tələbat daha çoxdur və getdikcə bu tələbat artacaq. Hər nə qədər Bakıya gələn turistlər otellərdə yer tapa bilməsə də, paytaxtımıza gələn insanların tələbatını ödəyəcək qədər 5 ulduzlu otellərimiz var. Sadəcə olaraq əvvəlki illərə baxanda bu il 2 və 3 ulduzlu otellərə tələbat artıb. Bunun üçün də sahibkarlara şərait yaradılmalı və motivasiya edici güzəştlər edilməlidir ki, bu sahədə rəqabət mühiti yaransın. Bu gün Azərbaycanda turizm obyekti yaratmaq və fəaliyyət göstərmək üçün rəsmi və qeyri-rəsmi bir neçə mərhələdən keçmək lazımdır. Bu sektora daxil olmaq elə də asan deyil. Burda fəaliyyət göstərən sahibkarlar üçün isə bu obyektlər yeganə gəlir mənbəyi deyil. Digər mənbələr hesabına böyük həcmdə vəsaitə malik olan şəxslər, öz turizm obyektinə müştəri cəlb etmək üçün rəqabətə getmir. Belə olan halda, qiyməti vətəndaş yox, sahibkar diktə edir”.
Azərbaycanda sadəcə gecələmək üçün otel tapmaq mümkün deyil. Ekspert bildirir ki, hamı otelə əylənmək və istirahət etmək məqsədi ilə getmir ki: "Bu cür otellər üçün də böyük binalar tikməyə gərək yoxdur. Hazır binaların bir neçə blokunu götürüb, bu məqsədlə istifadə eləmək olar. Həmçinin də hansısa şəxslərə aid bir neçə mərtəbəli evləri icarəyə götürüb, onlardan da otel məqsədi ilə istifadə eləmək olar. Şərt deyil ki, otellərin nəzdində böyük restoranlar, idman, əyləncə məkanları olsun. Əsas odur ölkəyə gələn turist gecələmək üçün yer tapsın. Onsuzda ki paytaxtda nə qədər restoranlar, əyləncə mərkəzləri var. Səhərdən axşama qədər şəhərdə gəzsin, otelə də ancaq gecələmək üçün getsin. Bir çox xarici ölkələrdə turistlər məhz bu cür otellərə üstünlük verirlər”. Ekspertin sözlərinə görə, bu sahədə yaşanan çatışmazlıqlara səbəb turizm sahəsi ilə məşğul olan qeyri-hökumət təşkilatlarının yoxluğudur: "Bu işlə məşğul olan 1-2 QHT var ki, onların da rəhbərləri ancaq öz maraqlarını güdürlər. Həm şəxsi biznes sahibidirlər, həm də qeyri-hökumət təşkilatına rəhbərlik edirlər”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakı-Vyentyan xəttində yeni gediş: Azərbaycan Asiyaya açılır
14:17 15.10.2026
Gündəm
Səidə Mirziyoyeva Bayraktarla görüşdü
14:01 15.10.2026
Dünya
Əhaliyə xəbərdarlıq: Bu gündən başlayır, 2 gün davam edəcək...
13:54 15.10.2026
Ekologiya
Paşinyan: Ermənistanın Rusiya ilə münasibətləri heç vaxt soyumayıb
13:29 15.10.2026
Dünya
Husilər Mədinəyə hücum etdilər
13:27 15.10.2026
Dünya
Tacikistan Prezidenti AQEM-də bir sıra təkliflərlə çıxış edib
13:26 15.10.2026
Gündəm
Paşinyanın sülh mükafatı kimi aldığı pul bank hesabına köçürüləcək
13:11 15.10.2026
Gündəm
Paşinyan Azərbaycanla sülhü 2031-ci ilə saxlayır
12:23 15.10.2026
Gündəm
Azərbaycanda “Rəqəmsal rabitə” informasiya sistemi yaradılır
12:20 15.10.2026
Gündəm
İlham Əliyev: Laosun AQEM-ə üzvlüyünü yüksək qiymətləndiririk
12:19 15.10.2026
Gündəm
İshaq Dar Bakıda olan Hakan Fidana zəng etdi
11:38 15.10.2026
Dünya
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir
11:35 15.10.2026
Gündəm