Əli Həsənov Anarın həbsindən danışdı
08:23 26.12.2013
Arxiv
868
“Əlbəttə, bu məsələni də biz araşdırırıq”
"Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi"nin həmtəsisçisi və sədri Anar Məmədlli ilə bağlı müxtəlif beynəlxalq təşkilatların dəyərləndirmələri, o cümlədən bəyanatları, açıqlamaları cəmiyyət üçün əhəmiyyətsiz deyil, biz onları dəyərləndiririk, öyrənirik”.
Bunu cümə axşamı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyası məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Ə.Həsənov deyib ki, bəyanatlarda səsləndirilən fikirləri təhlil edirik, lakin Azərbaycan cəmiyyətinin özünün idarəetmə metodları, prinsipləri və qanunları var: "Azərbaycanın müvafiq orqanları bu və ya digər addımları atmamışdan əvvəl ilk növbədə Azərbaycan dövlətinin maraqlarını, qanunlarımızın tələblərini nəzərə alıb o addımları atırlar. Əlbəttə, bu məsələni də biz araşdırırıq. İlk növbədə, Azərbaycan dövlətinin maraqlarını, bu qanunların tələblərini nəzərə alıb addımlar atırlar".
PA rəsmisi deyib ki, Anar Məmmədlinin həbsi ilə bağlı Baş Prokurorliuq lazımi açıqlamanı verib və tədqiqat gedir./Trend/
Qeyd edək ki, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi" və "Könüllülərin Beynəlxalq Əməkdaşlığı" ictimai birliyi adlı qurumların vəzifəli şəxslərinin qulluq səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda gəlir əldə etməklə və vergiləri ödəməkdən yayınmaqla qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına dair Azərbaycan Respublikasının Vergilər və Maliyyə nazirliklərindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə 2013-cü il oktyabrın 29-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2-ci, 192.2.3-cü, 213.2.1-ci, 213.2.2-ci və 308.2-ci maddələri ilə cinayət işi başlanıb. Bu barədə Trend Baş Prokurorluğun saytına istinadən məlumat verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya