Əli Nağıyev: “Dövlət vətəndaşlara az ödənişlə yüksək tibbi xidmət təklif edəcək”
15:11 30.04.2019
Arxiv
745
Bu gün Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
İclasda ölkəmizin sosial-iqtisadi inkişafının yekunlarına dair bir çox məsələlər müzakirə olunub.
Ölkə başçısı bildirib ki, qarşıya qoyulan əsas hədəflərdən biri vətəndaşların tibbi xidmətlərə əlçatanlığının təmin edilməsidir:
"Azərbaycan əhalisinin bütün təbəqələri həm muzdlu işçilər, həm işləməyənlər, həm də sahibkarlar qanunda tələb olunmuş şərtlər daxilində bütün ölkə üzrə əsas tibbi xidmətlərdən yararlana biləcəklər. Səhiyyə xidmətlərinin icbari tibbi sığorta ilə inkişaf etdirilməsi dünyada sınaqdan keçirilən uğurlu bir nümunə kimi təbliğ olunmalıdır”.
Prezidentin çıxışını dəyərləndirən həkim-psixoterapevt Əli Nağıyev "Sherg.az”a bildirib ki, icbari tibbi sığortanın ölkəmizdə tətbiqi kifayət qədər faydalı olacaq:
"Həm vətəndaş, həm də həkim olaraq bu məsələdə mövqeyim müsbətdir. Əlbəttə, bunu ancaq alqışlayıram. Çünki ölkəmizdə vətəndaşlar üçün belə addımlar atılır, lazımlı şərait yaradılır. Bütün bunlar dövlətimizin gücünü göstərir. Deməli, dövlətimiz vətəndaşın gözünə görünməyəcək qədər az ödənişlə səhiyyə xidmətini təklif edir. Vətəndaş demək olar ki, ödənişsiz əsaslarla tibbi xidmətdən istifadə edə bilir. Ona görə də bu tədbirləri bir vətəndaş kimi alqışlayıram”.
Psixoterapevt vurğulayıb ki, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi həkimlərimizin iş keyfiyyətinin yaxşılaşması deməkdir:
"Məsələn, həkim öz işində pasiyentlə qeyri- tibbi ünsiyyətlərə getməyəcək. Digər məsələ isə odur ki, tibbi sığortanın tətbiqi həkimlərimizin məsuliyyətini artıracaq.
Tibb elmində "klinik-protokol” anlayışı var. Klinik-portokol həkimi məcbur edir ki, standartlar çərçivəsində müayinə və müalicə aparsın. Səhiyyə Nazirliyinin və Ümumdünya Səhiyyə təşkilatının, eyni zamanda dünyanın öndə gedən tibb mərkəzləri klinik protokol anlayışını təcrübədə tətbiq edir.
Bu sistem həmçinin səhiyyəmz üçün də müsbət addımdır. Məsələn, həkimlərin yazdığı reseptlərə, müayinə şərtlərinə nəzarət olunacaqsa, onların da məsuliyyəti artacaq. İcbari tibbi sığorta öz faydalılığını dünyanın bir çox ölkəsində təsdiq edib. Bu baxımdan düşünürəm ki, bu sistemin ölkəmizdə tətbiqi də olduqca faydalıdır”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı
Elm dünyası şokda! Yeni orqan kəşf edildi
11:31 21.08.2026
Sağlamlıq
Alyaskada təyyarə qəzaya uğrayıb, 8 nəfər ölüb
10:54 21.08.2026
Dünya
MSK sədri Qazaxıstanda parlament seçkilərini müşahidə edəcək
10:31 21.08.2026
Siyasət
Suren Papikyana qarşı üsyan başlayır
10:28 21.08.2026
Region
KİV: Çin süni intellekt sahəsində ABŞ-yə sürətlə yaxınlaşır
09:57 21.08.2026
Dünya
Vyetnam rusları deportasiya etdi
09:49 21.08.2026
Dünya