Elman Muxtarov erməniyə qalib gəldi

Erməni məşqçi xalçaya ağ bayraq atıb




Yunan roma güləş növü üzrə 59 kq çəki dərəcəsində bürünc medal uğrunda gücünü sınayan idmançımız Elman Muxtarov erməni rəqibi Roman Amoyan üzərində təmiz xal hesabı ilə qələbə çaldı. 9 :1 xal hesabı ilə qalib gələn pəhləvanımız rəqibini xalçanı başı aşağı tərk etməyə məcbur etdi. Bununla da güləşçimiz Birinci Avropa Oyunları fəxri kürsüsünün üçüncü pilləsinə yüksəldi.
Görüş, idmançılarının rüsvayçı hesabla uduzmaması üçün erməni məşqçinin xalçaya ağ bayraq atıb, mübarizəni yarımçıq dayandırması ilə yadda qaldı.

"Son görüşdə erməni idmançısına qalib gəlib, bürünc medal qazandığım üçün ikiqat sevincliyəm”. Bu fikirləri yunan-Roma güləşi üzrə yığmamızın üzvü, Ermənistan idmançısı Roman Amoyana qalib gəlmiş Elman Muxtarov deyib. Güləşçimiz bildirib ki, bu görüşü uduza bilməzdi: "Erməniyə qarşı çıxış edirdim. 2012-ci ildə London Olimpiadasında onunla qarşılaşmışdım. Düşmənə uduzacağımı heç ağlıma belə gətirmirdim. Başqa çıxış yolum da yox idi. Şükürlər olsun ki, qalib gəldim”. Elman yarımfinalda erməni əsilli Rusiya təmsilçisi Stefan Maryanyana məğlubiyyəti isə yorğunluqla əlaqələndirib: "O, çox güclü güləşçi idi. Ancaq ona uduzmağımın əsas səbəbi yorğunluq oldu. Çünki Maryanyanla görüş öncəsi cəmi 15-20 dəqiqəlik fasilə yaranmışdı”.

Ayyət