"Əmanətlərdən tutulan vergi geri qaytarılmalıdır" - Nazirlik
09:49 06.04.2016
Arxiv
512
"Bu ilin fevralın 1-dən martın 1-ə qədər banklar tərəfindən əmanətlərdən gəlir vergisi tutulubsa, bu məbləğ əmanətçilərə geri qaytarılmalıdır". "APA-Economics" xəbər verir ki, bunu Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentində KİV nümayəndələri üçün keçirilən "Açıq qapı günü” çərçivəsində Vergilər Nazirliyi Vergi siyasəti və strateji araşdırmalar Baş İdarənin rəisi Samirə Musayeva deyib.
"Bildiyiniz kimi, qanunda əmanətlərdən gəlir vergisinin fevralın 1-dən azad olunması nəzərdə tutulurdu. Qanun isə martın 1-də imzalandı. Qeyd etmək istəyirəm ki, qanun 1-2 ay sonra imzalansa da, qanunda tətbiqi nəzərdə tutulan vaxt nəzərə alınmalıdır. Buna görə də banklar əmanətlərdən gəlir vergisi tutublarsa, bu məbləğ əmanətçilərə geri qaytarılmalıdır. Bu çox sadə bir əməliyyatdır. Banklar müştəriləri ilə bu məsələni həll etməlidir. Daha sonra bəyannamələrdə düzəliş edilə bilər. Əgər vəsaitlər büdcə vəsaiti hesabına qaytarılıbsa, büdcə ilə qarşılıqlı hesablaşmalar aparılmalıdır. Başqa sözlə, bu məsələdə əmanətçilərin hüquqları qorunur", - deyə S. Musayeva bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski Rusiya ilə telefon danışığı aparmaqdan imtina edib
18:42 03.11.2026
Dünya
Tramp: Xalq məndən yorulsa, İsrailə köçüb Baş nazir olacağam
18:23 03.11.2026
Gündəm
Paşinyan: Ermənistan və Azərbaycan arasında real sülh var
18:21 03.11.2026
Gündəm
Prezident İlham Əliyev İliyana Yotovanı təbrik edib
18:09 03.11.2026
Gündəm
İbrahim Kalın gizli görüşdə baş nazirə sərt xəbərdarlıq etdi
17:28 03.11.2026
Gündəm
Avropa Parlamentinin sədri Paşinyana bürünc medal hədiyyə etdi
16:31 03.11.2026
Siyasət
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib - SƏRƏNCAM
16:23 03.11.2026
Gündəm
Avropaya raket atmaq İran üçün fəlakət olar - Politoloq
16:21 03.11.2026
Aktual
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
15:58 03.11.2026
Hadisə
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başlayıb
15:47 03.11.2026
Cəmiyyət
Parlamentdə 2027-ci il dövlət büdcəsinin müzakirəsi başlayır
14:42 03.11.2026
Gündəm
Hörmüz boğazında üç neft tankerində partlayış baş verib
14:29 03.11.2026
Dünya