Əməkdar artist Xanım Qafarovanın səhhətində yenidən problem yaranıb. Bu məlumatı Xanım Qafarovanın özü də təsdiqlədi. "Şərq”in müxbiri ilə söhbətində Əməkdar artist bildirdi ki, bədəninin yuxarı nahiyələrində kəskin ağrılar başlayıb:
"Türkiyədə olarkən bədənimin aşağı nahiyələrinə şüa verildi. O hissələrdə olan kəskin ağrılar demək olar ki, azaldı. Ancaq bədənimin yuxarı nahiyəsinə şüa almamışam. Həkim demişdi ki, bir müddət sonra bədənimin yuxarı hissəsində də ağrılar başlaya bilər. Həmin ağrılar artıq çox kəskin şəkildə başlayıb. Elə ağrılar olur ki, dözmək çətindi. Burdan telefon vasitəsilə Türkiyədəki həkimimlə danışmışam. İnşallah, bazar günü Türkiyəyə yenidən müalicə üçün yola düşürəm. Təxminən 10 gün orada qalmalıyam ki, bir kurs müalicə yenidən götürüm. Türkiyədə məni müalicə edən həkimim Canan doktor mənə bildirdi ki, inşallah, şüa verildikdən və müalicədən sonra problem aradan qalxmalıdır. İndi yol üstəyəm. Hazırlaşıram. İnşallah, yaxşı olacaq. Buna ümid edirəm. Allahıma inanıram ki, balama görə mənə kömək olacaq”.
Tahirə