Emmanuel Makron Tvitter hesabında iş otağından şəkil paylaşıb




Fransanın yeni prezidenti Emmanuel Makron öz Tvitter hesabında iş otağından şəkil paylaşıb. 

Sherg.az "Lefigaro.fr"ə istinadən xəbər verir ki, prezident bu paylaşımı bu gün səhər saatlarında həyata keçirilib. 

Sağ tərəfindən Fransa, solunda isə  Avropa Birliyinin bayraqları ilə əhatə olunub. Qara kostyumla mavi rəngli qalstuk geyən Prezident əllərini iş masasına söykəyərək Yelisey bağına açılan açıq pəncərə qarşında dayanıb. 

Ayyət Əhməd