Energetika nazirləri birgə bəyanat imzaladılar
17:56 19.04.2019
Arxiv
574
Bu gün Türkiyənin İstanbul şəhərində Türkiyə, Azərbaycan və Türkmənistan arasında enerji əməkdaşlığına dair üçtərəfli görüş keçirilib.
ONA xəbər verir ki, görüşdə ölkələr arasında enerji sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb.
İclasda Türkiyəni energetika və təbii sərvətlər naziri Fatih Dönməz, Azərbaycanı energetika naziri Pərviz Şahbazov, Türkmənistanı isə "Türkməngeologiya” Dövlət Korporasiyasının sədri Şahım Abdrahmanov təmsil edib.
Azərbaycanın enerji sahəsində uğurlarından bəhs edən energetika naziri Pərviz Şahbazov deyib ki, bu nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Neft Strategiyası dayanır: "Bu strategiyanın töhfələri olan "Əsrin müqaviləsi”, "Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, TANAP və "STAR” Neft Emalı Zavodu layihələri həm də Azərbaycan-Türkiyə enerji əməkdaşlığının ölkələrimizə iqtisadi mənfəətlər və regionda siyasi üstünlüklər qazandıran nəticələridir. Ötən il Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 6,3 milyon ton türkmən mənşəli neftin nəqli də göstərir ki, bu layihələr bütüövlükdə region ölkələrinin mənafeyinə xidmət edir.”
Nazir ötən ilin noyabrında Azərbaycan Respublikası Prezidentinin Türkmənistana səfərinin iki ölkə arasında əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini xüsusi qeyd edib.
Bu gün Azərbaycan, Türkiyə və Türkmənistan arasında dostluğa, səmərəli əməkdaşlığa əsaslanan münasibətlər yüksələn xətlə inkişaf edir və strateji tərəfdaşlıq
xarakteri daşıyır. Bugünkü görüş mövcud ikitərəfli enerji əməkdaşlığı üçtərəfli formatda inkişaf etdirməyə, Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı modelinin yaradılmasına, hər üç ölkənin böyük imkanlarını reallaşdırmağa töhfə verəcək”, deyə nazir əlavə edib.
Görüşdə indiyə kimi Türkiyə-Azərbaycan-Türkmənistan xarici işlər nazirləri səviyyəsində keçirilən ardıcıl görüşlər, qəbul edilmiş sənədlər, ortaq regional maraqlar, Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi, Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) və Böyük İpək Yolunun bərpası kimi layihələrin üçtərəfli formatda əməkdaşlıq üçün güclü baza formalaşdırdığı qeyd edilib.
Bu formatın enerji sahəsində inkişafı perspektivləri nəzərdən keçirilib.
Görüşün yekunlarına dair Birgə Bəyannamə imzalanıb. Sənəddə mövcud əməkdaşlığı bərpa olunan enerji, enerji səmərəliliyi, yaşıl texnologiyalar, təcrübə mübadiləsi sahələrinədək genişləndirmək, hər üç ölkənin neft-qaz sənayesində, enerji sektorunda çalışan şirkətləri, elmi-tədqiqat mərkəzləri arasında əlaqələrin gücləndirilməsi, sərgi, konfrans və seminarların keçirilməsi kimi məsələlər öz əksini tapıb.
Daha sonra tərəflər birgə mətbuat konfransı keçiriblər.
Tədbir çərçivəsində Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz arasında ikitətəfli görüş də olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp impiçment ediləcək? - ABŞ lideri qorxularından danışdı
15:21 22.08.2026
Dünya
Əməkdar jurnalist Nurani dəfn edilib - YENİLƏNİB 2
14:51 22.08.2026
Media
Kaja Kallasın atası Siim Kallas vəfat edib
14:06 22.08.2026
Dünya
Bakı nefti 97 dolları keçdi
13:57 22.08.2026
İqtisadiyyat
Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir
13:38 22.08.2026
Media
Rusiya Ukrayna futbol klubunun məşq bazasını vurdu - Foto
13:26 22.08.2026
Dünya
İran İraq tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verib
13:18 22.08.2026
Dünya
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
12:39 22.08.2026
Dünya
Tramp İranın bombalanması ehtimalı ilə bağlı zarafat edib
12:10 22.08.2026
Dünya
Sabah 40 dərəcə isti olacaq
12:02 22.08.2026
Ekologiya
Avtoşluq edən sürücü həbs edildi
11:54 22.08.2026
Hadisə
Bakıda oğurluq edən şəxslər saxlanılıblar
11:42 22.08.2026
Hadisə
ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalar elan etməsi...
11:35 22.08.2026
Dünya
Hindistanın xarici işlər naziri Rusiyaya səfər edəcək
11:23 22.08.2026
Dünya
Tayvan sahillərində hissedilən zəlzələ olub
11:18 22.08.2026
Dünya