Ənvər Seyidov evə buraxılıb və hələlik işə çıxmır - YENİLƏNİB





Hakim Ənvər Seyidovun məzuniyyətdə olmasına baxmayaraq, onun icraatında olan proseslər davam edir. Lent.az-ın məhkəmə müxbirinin verdiyi məlumata görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ə.Seyidovun icratında olan 3 proses təxirə düşüb. Təqsirləndirilən şəxslər İsmayılov İlham (178-ci maddə), Salmanov Aqsin (234-ci maddə), Haciyev Namiq (178-ci maddə) məhkəməyə gətiriliblər. Onların arasında hazırda həbsdə olanları belə var və bu şəxslər Bakı Ağır Cinayətlər Məhkəməsinə cəzaçəkmə müəssisəsindən gətiriliblər.
Xatırladaq ki, cəzaçəkmə müəssisəsindən məhbusu məhkəməyə çıxarmaq üçün bir gün əvvəlcədən bildiriş göndərilir. Maraqlıdır ki, Ə.Seyidovun məzuniyyətdə olduğu vaxtda belə bu göndərişlər yollanır.
Advertising 18

10:22
Bir müddət əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Bakı Ağır Cinayətlər Mərhkəməsinin hakimi Ənvər Seyidov evə buraxılıb. Bu barədə Lent.az-a xəstəxananın baş direktoru, Ə.Seyidovun bacısı Leyla Seyidbəyli məlumat verib.
O bildirib ki, Ənvər Seyidov bir neçə gün əvvəl evə buraxılıb və hələlik işə çıxmır: "Ənvər müəllim hazırda məzuniyyətdədir və məzuniyyət müddəti başa çatandan sonra işə çıxacaq".